MÜSAHİBƏ
A- A A+

Piter Teys: Azərbaycan “Asiyanın Qəlbi–İstanbul Prosesi”ndə önəmli rol oynayır

2017-12-06 10:50:45

.

“Asiyanın Qəlbi–İstanbul Prosesi” çərçivəsində Bakıda keçirilən “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında təkcə region üçün deyil, bütün dünya üçün narahatlıq doğuran bir çox problemlər, həmin problemlərin həlli yolları barədə səmərəli müzakirələr aparıldı. Bu tədbirin önəmini artıran mühüm amillərdən biri terrorizmə, ekstremizmə, radikal dini cərəyanlara qarşı birgə mübarizədə səylərin gücləndirilməsi və region dövlətlərinin bu prosesdə fəal iştirakı məsələsinin diqqət mərkəzində olması idi. Azərbaycan “Asiyanın Qəlbi–İstanbul Prosesi”ndə önəmli rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış amerikalı jurnalist, siyasi şərhçi Piter Teys deyib.

Piter Teys qeyd edib ki, “Asiyanın Qəlbi-İstanbul Prosesi” bölgədə siyasi dialoq və regional əməkdaşlıq üçün vacib regional platformadır. Ona görə də Bakıda keçirilən bu toplantı sülhün, təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Əfqanıstanda sülh və sabitliyin, iqtisadi inkişafın əldə olunmasına xidmət edən bu çoxtərəfli əməkdaşlıq platformasında Azərbaycanın fəal iştirakı bütün dünyada yüksək qiymətləndirilir. Azərbaycanın və ABŞ-ın əsgərləri Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlarda çiyin-çiyinə fəal iştirak edirlər. ABŞ Azərbaycanın sülh və təhlükəsizliyə yardım məsələsinə töhfələrini hər zaman yüksək dəyərləndirir.

Amerikalı siyasi şərhçi konfransın yekununda qəbul edilmiş Bakı Bəyannaməsində çox vacib məsələlərin yer aldığını vurğulayaraq sənəddə xüsusilə ölkələrin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, daxili işlərə qarışmamaq kimi prinsiplərlə bağlı öhdəliklərin bir daha təsdiq edilməsinə, həmçinin dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq edilməsinin yolverilməzliyinin qeyd olunmasına diqqəti cəlb edib. O əlavə edib ki, Prezident İlham Əliyev də konfransdakı nitqində beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsinin, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmamanın regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olduğunu vurğuladı.

Piter Teys qeyd edib ki, “Asiyanın Qəlbi–İstanbul Prosesi” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, mülki insanların qəddarcasına qətlə yetirilməsi, ümumiyyətlə, Ermənistanın faşist rejiminin törətdiyi digər cinayətlərin diqqətə çatdırılması baxımından da yaxşı platformadır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 476

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...