SİYASƏT
A- A A+

Prezident: “Növbəti peykin orbitə çıxarılmasına hazırlaşırıq”

2017-12-06 10:30:39

Azərbaycan prezidenti İlham Əliyev XXIII Beynəlxalq “BakuTel–2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına məktub göndərib

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli iştirakçılar! Sizi ölkəmizin paytaxtı Bakı şəhərində XXIII Beynəlxalq “BakuTel–2017” informasiya və kommunikasiya texnologiyaları sərgisi və konfransının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Mütəmadi təşkil edilən sərginiz Azərbaycanla yanaşı, bir çox dünya ölkələri və eləcə də şirkətlər üçün yüksək texnologiyalar sahəsində son nailiyyətlərin təqdim olunduğu beynəlxalq platforma rolunu oynayır.

İnformasiya-kommunikasiya texnologiyaları indiki mərhələdə dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsi və biznesin irəliləməsinin əlverişli vasitəsi olub, cəmiyyətdə şəffaflığın artırılmasının vacib amilinə çevrilib. Bu sahənin prioritet elan edildiyi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin maksimum istifadəsinin vüsət aldığı ölkəmizdə mövcud İKT infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər sistemli şəkildə ardıcıl aparılmaqdadır.

Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaradıb. Hazırda respublikamızda “elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir, “elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.

2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq.

Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artmış, bütövlükdə infrastruktur müasirləşdirilib. Ənənəvi “BakuTel” sərgisi İKT sahəsində uğurların nümayişi və qabaqcıl texnoloji yeniliklərin təqdimatı olduğu kimi, həmçinin biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi, eyni zamanda, ölkəmizlə yaxından tanışlıq imkanı deməkdir. İnanıram ki, sərgi və konfrans çərçivəsində keçiriləcək səmərəli görüşlər, dinləniləcək məruzə və çıxışlar yeni təşəbbüslərin müvəffəqiyyətlə gerçəkləşməsinə və qarşılıqlı münasibətlərimizin daha da dərinləşməsinə öz töhfəsini verəcək”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1122

QHT və MEDİA

2020-08-12 07:15:24

QHT və MEDİA
Azərbaycan səfirinin müsahibəsi Niderlan...
Azərbaycan səfirinin müsahibəsi Niderlan...

Niderlandın “Live i Live BV” və “Proost” şirkətləri tərəfindən ənənəvi olaraq...

2020-08-11 08:10:22

QHT və MEDİA
Azay Quliyev başa çatan təlimlər haqda: ...
Azay Quliyev başa çatan təlimlər haqda: ...

“Azərbaycan və Türkiyə ordusunun birgə döyüş təlimləri bu gün uğurla başa çat...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...