SOSİAL
A- A A+

"İşğal altındakı Azərbaycan ərazilərində yetişdirilən narkotik bütün Avropaya daşınır"

2017-12-04 22:45:06

.

"Dağlıq Qarabağ Ermənistanın işğalı altında olduğundan Azərbaycan mərkəzi hakimiyyəti ora nəzarət edə bilmir. Ona görə də orada narkotik vasitələrin yetişdirilməsi, qanunsuz dövriyyəsi, silah alveri tüğyan edir. İşğal altında olan Dağlıq Qarabağ ərazisindən narkotiklər bütün Avropa ərazisinə daşınır. Ermənilər narkotik vasitələrlə bütün Avropanı zəhərləyərək bu bəladan pul qazanırlar". APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasında “Parlamentarlar narkotiklərə qarşı” adlı beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunacaq: "Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapacaq. Əslində bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son quyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki. bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət səmimi bu məsələni qoyur, digər dövlətlər isə ondan pul qazanırlar". Z. Əsgərov terrorçuluğun da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu nəzərə çatdırıb: "Terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Konfransda qoyulan əsas məsələlərdən birincisi dünya dövlətləri və parlamentlərinin bu problemə qarşı güclərini birləşdirməsidir".


Kateqoriya : SOSİAL Baxış sayı : 119

QHT və MEDİA

2017-12-11 11:05:30

QHT və MEDİA
Xarici ölkə diplomatları və KİV nümayənd...
Xarici ölkə diplomatları və KİV nümayənd...

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların v...

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

CƏMİYYƏT

2017-12-11 12:25:57

CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu...
DİN-in Polis Akademiyasının tarixi və bu...

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi...

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...