MƏDƏNİ
A- A A+

“Bakıdan türk dünyasına” adlı layihənin ilk tədbiri

2017-12-04 10:10:42

Azərbaycanda Atatürk Mərkəzində “Bakıdan türk dünyasına” adlı layihə çərçivəsində gənc türk şairlərinin birgə toplantısı keçirilib

Tədbirdə mərkəzin direktoru, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, ədəbiyyat xadimlərinin dostluq və qardaşlığı xalqlar arasında anlaşmanın, dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir. Milli Məclisin deputatı Sona Əliyeva türk yaradıcı gənclərin birlikdə olmasını alqışlayıb, onlara uğur arzulayıb.

Layihənin rəhbəri, DGTYB-nin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı türk gənclərinin birliyinin ədəbiyyatda əks olunduğunu, qarşılıqlı əlaqələrin genişlənməsinə öz töhfələrini verdiyini bildirib. O, 1926-cı ildə I Türkoloji Qurultayın da Bakıda keçirildiyini vurğulayaraq türk gənc ədəbi qüvvələrini birliyə çağırıb.

Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrin gənc yazarlarının qatıldığı tədbirdə Qarabağ müharibəsinin xalqımızın başına gətirdiyi bəlalardan söz açılıb. Tatarıstan Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Danil Salih, Qazaxıstanın Əməkdar Mədəniyyət İşçisi Almas Ahmetbekoğlu (Sakbayev) və digər qonaqlar birgə tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Gənclər fikir mübadiləsi aparıblar, səmimi qarşılanma, xoş münasibət üçün minnətdarlıqların bildiriblər. Layihə çərçivəsində növbəti tədbir dekabrın 4-də keçiriləcək, qardaş xalqlarının nümayəndələri olan türk şairləri şeirlərini oxuyacaqlar.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 220

QHT və MEDİA

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

2018-05-21 21:40:59

QHT və MEDİA
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT P...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...