QHT və MEDİA
A- A A+

“The Hill” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub

2015-06-15 09:15:13

ABŞ-ın “The Hill” qəzetində Azərbaycanın iqtisadi inkişafından bəhs edən geniş məqalə dərc olunub

Yazıda Azərbaycanın regionun ən inkişaf etmiş ölkəsi olduğu qeyd edilir. “Azərbaycan, neft və XXI əsr” sərlövhəli məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim İpək yolu üzərində yerləşir. Müəllif yazıda 800 il əvvəl inşa edilmiş qədim məscidin də Azərbaycanda olduğunu xüsusi vurğulayır.

Zəngin neft ölkəsi Azərbaycan İkinci Dünya müharibəsi dövründə keçmiş Sovet İttifaqının neft məhsullarına tələbatının 80-90 faizini ödədiyi, həmçinin qədim memarlıq ənənələrini qoruyub saxlayan paytaxt Bakının indi dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyi qeyd olunur.

“Artıq 20 ildən çoxdur ki, Azərbaycanın ərazisi erməni işğalçıları tərəfindən zəbt olunub. BMT Təhlükəsizlik Şurası bu ərazilərin azad olunması ilə bağlı qətnamələr qəbul edib, lakin Ermənistan bu tələbə məhəl qoymur”,- deyə müəllif bildirir.

Azərbaycanda yüksək səviyyədə tolerantlıq mühitinin olduğunu da vurğulayan müəllif Bakıda müxtəlif dinlərə məxsus obyektlərin olduğunu yazır.

Birinci Avropa Oyunlarının keçirilməsini Azərbaycanın növbəti uğuru adlandıran müəllif təşkilat işlərinə 10 minlərlə könüllünün cəlb edildiyini xüsusi vurğulayır. Bildirilir ki, hətta erməni idmançıların da bu yarışlara cəlb edilməsi Azərbaycanın sülhpərvər ölkə olduğunu göstərir.

   

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 910

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...