SOSİAL
A- A A+

Pirallahıda Beynəlxalq Əlillər Günü qeyd olundu

2017-12-02 16:30:04

.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr – Beynəlxalq Əlillər günü Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Dövlət səviyyəsində əlil vətəndaşlara olan qayğı ölkəmizin bütün guşələrində də öz əksini tapmaqdadır.

2 dekabr 2017-ci il tarixdə Beynəlxalq Əlillər günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi. Toplantıda RİH əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş rayon sakinləri iştirak edirdilər.

Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov vurğuladı ki, Azərbaycan hökuməti tərəfindən ayrı-ayrı vaxtlarda əlillərin sosial müdafiəsi ilə bağlı müxtəlif tədbirlərin və layihələrin maliyyələşdirilməsi barədə qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın daim nəzarətdə saxladığı bu layihələrdə başlıca məqsəd ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin təmin olunmasından ibarətdir.

Tədbirdə çıxış edən əlillər onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər. Vurğulandı ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.

Tədbir konsert proqramı ilə davam etdirildi. Sonda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan bütün əlillərə ərzaq bağlamaları verildi. Qeyd edək ki, hər il keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkməyə kömək edir. Həmçinin məhdud imkanlı insanları sosial və mədəni həyatın bütün aspektlərinə cəlb etməyə təkan verir.

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1710

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...