QHT və MEDİA
A- A A+

“Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilən yekun təlim

2017-12-02 13:25:28

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Şəhla Qarayevanın təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin natiqlik bacarıqlarının artırılması” layihəsinə yekun vurulub. Layihənin məqsədi gənclər arasında natiqlik sənəti haqqında maarifləndirmə işinin aparılması, təlimlər vasitəsi ilə gənclərimizin nitq hazırlama və natiqlik bacarıqlarının daha da inkişafına nail olmaq, eyni zamanda bu yöndə müsbət irəliləyişlər etmək, gənclərimizin bu sahədə olan bacarıqlara maraqlarının artırılması və ümumiyyətlə də nitq hazırlanma və natiqlik bacarıqlarının təşviqi və təbliğidir.

Layihə ərzində 4 gün Suraxanı rayon Gənclər evində gənclərə nitq hazırlama və natiqlik bacarıqları sahəsində təlimlər həyata keçirilib. Ümumilikdə 100 nəfərdən çox gəncin qatıldığı təlimlərdə gənclərə nitq hazırlama və natiqlik bacarıqlarına aid biliklər öyrədilib. Layihə çərçivəsində bukletlər hazırlanaraq həm layihə iştirakçılarına həm də iştirakçı olmayan digər gənclərə də paylanılıb, əlavə olaraq gənclər təlim vəsaitləri ilə təmin olunublar. Təlimlərdə iştirak edən və öz fəallığı ilə seçilən gənclərə sonda sertifikatlar verilib

Layihə rəhbəri Şəhla Qarayevanın bildirib ki, keçirilən təlimlərdən də belə nəticəyə gəlmək olur gənclərimiz öz fikirlərini çatdırmaqda çətinlik çəkirlər, bu səbəblə də istər istəməz bu çətinliklər gəncləri özlərini ifadə etmə baxımından geri salmış olur. Gənclərimizin çox hissəsi nitq hazırlama və natiqlik bacarıqlarına malik deyillər, bu da onların sosiallaşmasına, özlərini cəmiyyətdə və ya bir qrup insanlar arasında təsdiqlənməsinə ciddi bir problemdir. Daha sonra layihə rəhbəri qeyd edib ki, tarixi qaynaqlardan da məlum olduğu kimi, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olub.

Nitq mədəniyyəti ümumi mənəvi mədəniyyətin tərkib hissələrindən biridir. Xalqımızın müstəqillik və suverenlik əldə etdiyi indiki dövrdə hərtərəfli inkişaf etmiş şəxslərin tərbiyə olunması tələbi dil mədəniyyətini də vacib məsələ kimi qarşıya qoyur.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 720

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...