SOSİAL
A- A A+

Lvovda Azərbaycan Xalq Cümhuriyyətinin generalının qəbirüstü abidəsi yenidən qurulub

2017-12-02 10:30:42

.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini olmuş general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin Ukraynanın Lvov şəhəri qəbiristanlığındakı qəbirüstü abidəsi yenidən qurulub.

AZƏRTAC xəbər verir ki, abidə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Azərbaycan Daxili İşlər Nazirliyinin dəstəyi ilə yenidən qurulub. Abidənin açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diaspor fəalları və Lvov şəhərinin ictimai fəalları iştirak ediblər.

Bu abidənin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə töhfə olduğunu deyən səfir bildirib ki, Məhəmməd Sadıq bəy Ağabəyzadənin həm peşəkar hərbçi, həm alim kimi Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətləri olub. Bu cür şəxsiyyətlərin adının əbədiləşdirilməsi olduqca önəmlidir. “Ağabəyzadə ömrünün bir hissəsini Lvov şəhərində yaşayıb və burada da dəfn olunub. O, 1927-ci ildən Lvov Universitetinin fəlsəfə fakültəsində işləyib, türk, fars və ərəb dillərini tədris edib. Tanınmış şərqşünaslar, alimlər Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin, Ziqmunt Smoqojevski, Kotviç və başqaları həmyerlimiz, professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin yetirmələri olub”, - deyə səfir əlavə edib.

Xatırladaq ki, Məhəmməd Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlib. 1883-cü ildə Bakı real məktəbini bitirdikdən sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə Qafqazda podporuçik (çar ordusunda hərbi rütbə) rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra Sankt-Peterburq şəhərində baş ştab nəzdində Şərq Dilləri İnstitutuna qəbul olunub. Həmin institutu bitirdikdən sonra 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilib. 1913-cü ildə Məhəmməd Sadıq bəy səhhətinə görə general-mayor rütbəsində istefaya çıxıb.

Lakin I Dünya müharibəsi onun həyatını dəyişib. Məhəmməd Sadıq bəy andına sadiq qalaraq müharibəyə könüllü yollanıb, Qafqaz, sonra isə Ukrayna cəbhəsində döyüşlərdə iştirak edib. 1918-ci ilin 23 oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Məhəmməd Sadıq bəy daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə o, 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərib.

1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçüb. 1944-cü il oktyabrın 9-da Lvovda vəfat edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 675

QHT və MEDİA

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...