CƏMİYYƏT
A- A A+

Gürcüstanın ictimai həyatında soydaşlarımızın fəaliyyətləri diqqət çəkir

2017-12-01 09:45:41

.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, "Azərbaycan-Gürcüstan-Türkiyə Enerji Körpüsü" layihələri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bütün bu kimi fəaliyyət Gürcüstanı Azərbaycanın strateji tərəfdaşına çevirmişdir.

Azərbaycan Tarixi Abidələrin Müdafiəsi İctimai Birliyindən Fact-info.az-a verilən məlumata görə, son illərdə soydaşlarımızın Gürcüstanın ictimai həyatında aktivliyi diqqət çəkir.

Yaxın günlərdə Tbilisidə fəaliyyət göstərən "Gürcüstanın Aktiv Qadınlar Assosiasiyası", "Internacional Georgia" gazetinin əməkdaşlarının təşkilatçılığı ilə birlikdə əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə ilə xeyriyyə aksiyası keçirilblər.

Aksiya Tbilisi, Rustavi şəhərlərini eləcə də soydaşlarımızın kompakt yaşadıqları Marneuli və Dmanisi rayonlarından əlil və xərçəng xəstəsi olan uşaqları əhatə edib.

Tədbirdə maraqlı hadisə baş verib. Beləki aksiyaya dəstək verən Kiyevdən olan tanınmış aktyor Oleq Savkin jurnalistlərə müsahibəsində öz həyatından xatirələrini danışarkən dedi: "Mən Bakıda anadan olmuşam, uşaqlıq illərim və xatirələrim Xəzər sahilləri ilə bağlıdır. Gələcəyimiz olan uşaqlara dəstək olmalı, onların sağlam böyümələri üçün çalışmalıyıq. Düşünürəm ki, tədbirin təşkil uşaqlara yardım göstərilməsinə təkan verəcək". Tanınmış aktyorun bu söhbəti aksiyaya yeni bir rəng qatdı, iştirakçıların böyük marağına səbəb oldu.

Aksiyanın keçirilməsi məqsədinə diqqət çəkən “Gürcüstanın Aktiv Qadınlar Assosiasiyası”nın sədri Gültəkin Mustafayeva dedi ki, əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım göstərmək hər birimizin borcudur. Tədbirin əsas məqsədi cəmiyyətin diqqətini onların problemlərinə cəlb etmək və uşaqlara göstərilən yardım və dəstəyi gücləndirməkdir. Bu həm də gürcü və azərbaycanlıların dostluğunun möhkəmləndirilməsinə xidmət edən bir aksiyadır.

"İnterneyşnl" jurnalının baş redaktoru Nino Şalamberidze aksiyanın keçirilməsini yüksək qiymətləndirdi. O çıxışı zamanı dedi: belə tədbirlər davamlı olmalıdır. Gürcü uşaqlarına azərbaycanlılar dan olan dəstək bizi çox sevindirir və düşünürəm ki, iki qardaş xalq əl-ələ verərək çox iş görə bilərik. Məlumat üçün bildiririk ki aksiyanın təşkilinə Gürcüstanda fəaliyyət göstərən Azərbaycan İş Adamları Assosiasiyası maliyyə dəstəyi göstərib. Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 709

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...