SİYASƏT
A- A A+

“Qarabağa qanunsuz getmək cinayətdir” - Türkiyə XİN

2017-12-01 09:35:56

.

Bu yaxınlarda dörd vətəndaşımız Türkiyənin və Azərbaycanın xəbəri olmadan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Biz bunu öyrənəndə çox üzüldük. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni yolla daxil olmaq cinayətdir. Dağlıq Qarabağa da getmək cinayətdir. Çünki Dağlıq Qarabağ digər yeddi rayon kimi Azərbaycanın işğal altında olan torpağıdır. Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin dörd vətəndaşının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanda cinayət işi başlayan kimi, Türkiyədə də cinayət işi açıldı, hüquqi prosedurlar başlandı. Məhkəmə həmin şəxsləri ifadə verməyə çağırdı. Hazırda bu proses davam edir. Həmin dörd nəfər mənə də müraciət etdi və bunun bir cinayət olduğunu, icazə almaq lazım gəldiyini bilmədiklərini söylədi. Mən də onlara dedim ki, siz bunu Azərbaycan hökumətinə izah edin. Sizin etdiyiniz cinayətdir. Hər halda həmin şəxslər orta məktəb şagirdləri deyillər. Onlar Azərbaycanı müdafiə etdiklərini, Xocalıqətliamını pislədiklərini və Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiklərini söylədilər. Amma törətdikləri əməl, yəni, oraya qanunsuz səfər etmələri cinayət əməlidir.

Nazir qeyd edib ki, Türkiyənin həmin vətəndaşları Azərbaycana məktub göndərərək səhvə yol verdiklərini, bunun cinayət olduğunu bilmədiklərini qeyd ediblər. Bu, müsbət məqamdır. Amma hüquqi prosedur başladı ki, qoy dərs olsun və bir daha heç kim Azərbaycanın torpağı olan Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsin. Bunu biz də qəbul edə bilmərik, Azərbaycan da qəbul edə bilməz. Bu, Prezidentimizin mövqeyidir, eyni zamanda, xarici işlər naziri olaraq mənim mövqeyimdir, dövlətimizin və xalqımızın mövqeyidir.(AzərTac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 228

QHT və MEDİA

2018-02-22 17:10:35

QHT və MEDİA
Regionlarda gənclərin bilik və bacarıqla...
Regionlarda gənclərin bilik və bacarıqla...

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və Mərhəmət Kimsəsizlərə Yardım ...

2018-02-21 17:00:17

QHT və MEDİA
“Cəzasız cinayət” - Xocalı soyqırımından...
“Cəzasız cinayət” - Xocalı soyqırımından...

Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəlli...

CƏMİYYƏT

2018-02-22 17:20:31

CƏMİYYƏT
“Xocalı şahidləri danışır” kitabının təq...
“Xocalı şahidləri danışır” kitabının təq...

Fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Xocalı şahidləri danışır” kitab...

2018-02-20 08:25:22

CƏMİYYƏT
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...
Şəhid atası: "Övladımın şəhidliyi mənə m...

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbirdə şəhidin müəllimləri, dos...

İQTİSADİ

2018-02-22 10:10:43

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...
Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişi...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınması yəqin ki, bu ilin sonunad...

2018-02-20 08:10:24

İQTİSADİ
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...
Bakıda "IT və IT Təhlükəsizlik üzrə konf...

AZƏRTAC Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, "A...