2017-11-30 16:25:51 | AKTUAL
"Azərbaycan islam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir"

.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Jurnalistləri Fondu tərəfindən “İslam həmrəylinin gücləndirilməsində medianın rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə İslam ölkələrinin Azərbaycanda akreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri və eləcə də səfirliklərin nümayəndələri, Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin və XİN-in məsul şəxsləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Misirin aparıcı media orqanlarının rəhbərləri iştirak edib. Tədbirdə çıxış edən İƏT üzv Dövlətləri Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov qeyd edib ki, 2017-ci il Azərbaycan Prezidenti tərəfindən İslam Həmrəyliyi ili elan edilib və bu ildə həyata keçirilən tədbirlər, onların əhəmiyyətindən danışıb.

F. Abbasov bildirib ki, İslam dövlətləri siyasi istiqamətlərinə, məzhəblərinə görə bir-birinə qarşı tarix boyu mübarizə aparıb: “ Bir çox hallarda bu mübarizələr qanlı müharibələrlə nəticələnib. Müsəlmanlara düşmən kimi baxan dairələr bundan istifadə ediblər və edirlər. Buna görə də Azərbaycan Prezidenti 2017-ci ili İslam Həmrəyliyi İli kimi elan edib. İl ərzində ölkəmizdə islam həmrəyliyini təbliğ edən silsilə tədbirlər keçirilib. Hesab edirəm ki, onların pik nöqtəsi bu ilin mayında keçirilən Dördüncü İslam Həmrəyliyi Oyunları sayılır”. O həmçinin bu həmrəyliyin möhkəmləndirilməsində medianın rolundan danışıb və bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası islam ölkələrinin media qurumları ilə əməkdaşlıq etməyə hazırdır. Daha sonra çıxış edən Beynəlxalq Avrasiya Fondunun prezidenti Umud Mirzəyev bildirib ki, İslam bizi birləşdirən dəyərdir. U. Mirzəyev keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. O vurğulayıb ki, tədbir Misir jurnalistləri ilə Azərbaycan jurnalistləri arasında möhkəm əməkdaşlığın əsasını qoyacaq.

Tədbirdə çıxış edən PA-nın ictimai-siyasi şöbəsinin məsul əməkdaşlı Bəhruz Həsənov bildirib ki , Azərbaycan öz tarixi və maddi-mənəvi irsinə görə Misirdən geri qalmır. O qeyd edib ki, Azərbaycanla Misirin həmİƏT, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində media sahəsində əlaqələrinin qurulması olduqca vacibdir: “Hesab edirəm ki, bu gün keçirilən tədbir ölkələrimiz arasında media sahəsində əlaqələrdə yeni mərhələnin başlanğıcı olacaq”. B. Həsənov həmçinin qeyd edib ki, Azərbaycan İslam sivilizasiyasının formalaşmasına töhfə verən dövlətdir. O vurğulayıb ki, Azərbaycandakı ilkin islamı abidələri dövlət və xalq tərəfindən qorunur. PA əməkdaşının sözlərinə görə, Azərbaycanda tarix boyu dinlərarası həmrəylik olub: “Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan islam həmrəyliyi modelini yarada bilib və bu model diqqətlə öyrənilməlidir. Azərbaycanda fərqli məzhəblərə məxsus insanların birgəyaşayışı islama terror dini kimi baxanlara ən yaxşı cavabdır. Bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması həm Azərbaycanda , həm də islam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfə verir”. B. Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında bildirib ki, bəzi dairələr islama terror dini kimi baxsalar da, islam sülh və mərhəmət dinidir. Azərbaycanın özünün də terrordan əziyyət çəkdiyini deyən PA əməkdaşı vurğulayıb ki, bu yaxınlarda Misirdə baş verən dəhşətli terror aktından sonra Azərbaycan Prezidenti misirli həmkarına başsağlığı verib, Azərbaycan xalqının Misir xalqının kədərinə şərik olduğunu demişdi: “ Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi bütün təzahürlərinə qarşı mübarizə aparır. Bizim ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal edilib və bu ərazilərdə islama aid abidələr məhv edilib. Həmçinin məscidlər dağıdılıb və ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilib: “Bizim İƏT-lə qarşılıqlı faydalı əlaqələrimiz var. Lakin Ermənistanın İƏT dövlətləri ilə əlaqələr qurmağa çalışması islam meyarlarına ziddir”.

O çıxışının sonunda qeyd edib ki, Azərbaycan Prezidenti öz çıxışlarında qeyd bildirib ki, Azərbaycan İslam Həmrəyliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir və beynəlxalq aləmdə də islam dəyərlərinin düzgün təbliğ olunmasına çalışır: “Məqsəd İslam həmrəyliyi haqqında dünya ictimaiyyətinin düzgün fikrini formalaşdırmaq, qərb və islam sivilizasiyası arasında körpü rolunu oynamaqdır. Dördüncü İslam Həmrəyliyi Oyunlarının da keçirilməsi bu istiqamətdə atılmış addımdır”.

Baxış sayı : 1121
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31