İQTİSADİ
A- A A+

Azərbaycanda əmək bazarı üzrə Milli Observatoriya yaradılacaq

2017-11-29 09:00:29

.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın (müşahidə sisteminin) Konsepsiya sənədinin və Fəaliyyət Planının təqdimatı olub.

qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, təhsil nazirinin müavini Mətin Eynullayev, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Avropa Təhsil Fondunun (ATF) ekspertləri – ATF-in baş mütəxəssisi Eduarda Kastel-Branko və İrlandiyanın Davamlı Təhsil və Təlim üzrə Agentliyinin şöbə müdiri Con Mak Qrat, habelə Dövlət Statistika Komitəsinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edib.

S.Müslümov tədbiri giriş sözü ilə açaraq bildirib ki, ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə əmək bazarının mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınaraq, həmçinin əmək bazarında zəruri kvalifikasiyalar müəyyən olunmaqla orta və uzunmüddətli dövr üçün təkmil proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətləri sırasındadır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məqsəd ifadə olunub. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 1.1.1-ci bəndində də əsas icraçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması tədbiri əksini tapıb”.

Nazir əmək bazarının monitorinqi və proqnozlaşdırılması sahəsində bir çox inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənildiyini, mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxlaq Əmək Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, BMT İnkişaf Proqramı ilə sıx əməkdaşlıq çərçivəsində bu mövzuda müzakirələrin aparıldığını qeyd edib: “Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində peşə təhsili sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması sahəsində səmərəli modelin yaradılması məqsədi ilə Avropa Təhsil Fondu (ATF) tərəfindən həyata keçirilən “Turin prosesi”ndə fəal iştirak edir. Əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin yaradılması işləri də ATF ilə əməkdaşlıqda və bu Fondun dəstəyi ilə aparılır”. S.Müslümov qeyd edib ki, ATF-in ekspertlərinin 2017-ci ilin sentyabr ayında Azərbaycana səfəri çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə görüşlərdə Milli Observatoriyanın strukturu, proqnozlaşdırma sisteminin metodologiyası (proqram təminatı) və digər məsələlər ətraflı müzakirə edilib: “Bu müzakirələrin nəticəsi olaraq, Azərbaycanda əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı Konsepsiya sənədi və Tədbirlər Planı hazırlanıb. Hazırda keçirilən bu tədbir də həmin Konsepsiya sənədinin və Tədbirlər Planının aidiyyəti orqanların maraqları nəzərə alınmaqla geniş tərkibdə müzakirəsi məqsədinə xidmət edir”. Nazir diqqətə çatdırıb ki, Konsepsiya sənədinə uyğun olaraq Milli Observatoriyanın fəaliyyətinin təşkili və idarəetmənin həyata keçirilməsi məqsədilə əmək bazarının proqnozlaşdırılması sahəsində prioritetləri və siyasəti müəyyən edən Milli Kvalifikasiyalar Şurasının, statistik məlumatların emalını və proqnozların hazırlanmasını təmin edən 10 nəfər yüksək ixtisaslı mütəxəssisdən ibarət analitik qrupun və proqnozların hazırlanması üçün zəruri statistik məlumatları təqdim edən aidiyyəti orqanların nümayəndələrindən ibarət dəstəkləyici qrupun yaradılması nəzərdə tutulur. Milli Observatoriyanın statusu ilə bağlı bir sıra təkliflər də təqdim olunub. Bu məsələlər də ATF-in ekspertlərinin hazırkı səfəri çərçivəsində onlarla birgə müzakirə olunacaqdır: “Ümumilikdə, Azərbaycanda Milli Observatoriyanın yaradılması prosesinin 2020-ci ilin sonunda başa çatdırılması nəzərdə tutulur”.

Tədbirdə E.Kastel-Branka və C.M.Qrat Azərbaycanda əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın Konsepsiya sənədi və Fəaliyyət Planını təqdim ediblər. Təqdimat əsasında ətraflı müzakirələr aparılıb. Milli Observatoriyanın strukturu, proqnozlaşdırma sisteminin metodologiyası, əmək bazarı üzrə məlumatların toplanması və təhlillərin daha şəffaf, keyfiyyətli həyata keçirilməsi və s. ilə bağlı məsələlər da müzakirə edilib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 460

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...