CƏMİYYƏT
A- A A+

Latviyada ermənilərin növbəti təxribatının qarşısı alınıb

2017-11-28 08:50:36

.

Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb. Latviya Milli Kitabxanasında (LMK) “Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr – XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib.

Azərbaycanın Latviyadakı səfirliyi faktla bağlı təxirəsalınmaz tədbirlər görüb, Latviya Xarici İşlər Nazirliyinə (XİN), LMK-nın rəhbərliyinə nota göndərib, habelə Latviya XİN-də görüş keçirib. Hər iki müraciətdə ermənilərin regionun tarixi ilə bağlı saxtakarlıq fəaliyyəti, NATO, BMT, ATƏT PA, Aİ, İƏT kimi beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaları, çoxsaylı qərar və qətnamələrin, məsələn, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edilməsi barədə ətraflı informasiya təqdim olunub. Latviyadakı “Ocaq” təşkilatı tərəfindən də beynəlxalq hüquq normalarını pozan belə bir xəritənin nümayiş etdirilməsinin yolverilməzliyi barədə məktub göndərilib.

Latviya Milli Kitabxanasının direktoru Andris Vilks cavab məktubunda təəssüf hissi ilə üzrxahlıq edərək bildirib ki, LMK mədəniyyət ocağı kimi əməkdaşlıq məqsədi daşıyan müxtəlif ideyalara həmişə açıqdır. Kitabxananın rəhbərliyi tərəfdaşlarına etibar etdiyi üçün sərginin məzmununun beynəlxalq hüquq normalarını poza biləcəyindən xəbərsiz olub.

Beləliklə, qondarma respublikanın ərazisini təsvir edən 2015-ci ilin xəritəsi ekspozisiyadan çıxarılıb. Bundan sonra sərgi fəaliyyətini dayandırıb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 491

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...