QHT və MEDİA
A- A A+

Azay Quliyev Vyanada “ATƏT-in demokratik seçki standartları və vəzifələri” haqqında məruzə ilə çıxış edəcək

2017-11-27 19:25:26

.

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə 27-29 noyabr 2017-ci il tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Bu haqda Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburqda təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etməkdir. Quruma üzv olan 57 ölkənin nümayəndə heyəti, parlament assambleyalarının təmsilçiləri, seçki ekspertləri, seçki idarəetmə orqanlarının və komissiyalarının üzvləri, beynəlxalq təşkilatlar, seçki monitorinqini həyata keçirən QHT-lərin iştirak etdiyi tədbirdə seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqlar, müasir texnologiyalardan istifadə etməklə seçki prosesini təkmilləşdirmək və digər məsələlər müzakirə ediləcəkdir. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” haqqında məruzə ilə çıxış edəcək, ATƏT-in seçki müşahidə missiyası ilə bağlı təcrübəsini bölüşəcək və iştirakçıların suallarını cavablandıracaqdır.

Qeyd edək ki, Azay Quliyev 12 ölkədə ATƏT PA-nın seçki müşahidə qrupunun üzvü, Monteneqro və Makedoniyada ATƏT PA-nın Seçki müşahidə missiyasının rəhbəri, Qırğızıstanda isə Beynəlxalq Seçki Müşahidə korpusunun rəhbəri və ATƏT-in xüsusi koordinatoru olmuşdur.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 161

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...