SİYASƏT
A- A A+

“The Washington Times” qəzetində “Azərbaycan üçün idman məqamı”

2015-06-13 09:25:26

Amerikada çıxan “The Washington Times” qəzetinin 11 iyun tarixli nömrəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bu il iyun ayında Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr edilmiş “Azərbaycan üçün idman məqamı” məqaləsi dərc olunub

Müəllif yazır ki, indi bütün idman ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib, çünki birinci Avropa Oyunları bu ölkənin paytaxtında keçirilir. 

Səfir qeyd edir ki, Azərbaycan bu tarixi Avropa yarışının və ölkə tarixində ən möhtəşəm idman tədbirinin keçirilməsi üçün hazırlıq işlərini iki ildən bir qədər artıq müddətdə başa çatdırıb. Yarışlarda idmanın 20 növü üzrə 50 ölkədən altı min idmançı iştirak edəcək. On iki idman növünü təmsil edən atletlərə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmaq imkanı veriləcək.

 Avropa Oyunları Avropanın 45 ölkəsində və digər qitələrin 98 ölkəsində translyasiya ediləcək. Beləliklə, bir milyard tamaşaçı Oyunlara baxmaq imkanı əldə edəcək. Avropa Oyunları təkcə Azərbaycanın uğuru deyil, həm də bütün region üçün yeni bir təcrübə olacaq.

 Avropa Oyunlarının geniş əhatə dairəsi idmanın dünya miqyaslı birləşdirici qüvvəsinə əsaslanır. Bu Oyunların məhz Azərbaycanda keçirilməsi ölkəmizin regional əməkdaşlığı və birgə tərəqqini təşviq etməsinə sübutdur.

 E. Süleymanov Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikrinə istinad edərək göstərir ki, Azərbaycan birinci Avropa Oyunlarını keçirməyə cəsarət etmiş yeganə təşkilatçı ölkə oldu. 

 Səfir yazır ki, son 25 ildə Azərbaycan dəfələrlə regional layihələrin əməli şəkildə həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. 1998-ci ildə rəsmi Bakı beynəlxalq miqyaslı möhtəşəm TRACECA (Avropa İttifaqının Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi proqramı) sammitini keçirib, 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” imzalanıb, 2006-cı ildə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bu gün Azərbaycan təbii qazın Avropa bazarlarına nəql edilməsi üçün “Cənub” qaz dəhlizinin, habelə Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.

 Diplomat daha sonra yazır ki, Bakı mütəmadi olaraq mədəniyyətlərarası dialoq üzrə dünya forumu keçirir. Bu tədbirdə dünyanın dini və mədəni təşkilatlarının nümayəndələri arasında fikir mübadiləsi aparılır. Təəccüblü deyil ki, İsrail dövləti Bakıda keçirilən Avropa Oyunlarına 142 idmançıdan ibarət böyük bir komanda göndərib.

 Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarının təşkilatçısı olacaq. Bütün bu hadisələr Şərqi Avropada qeyri-sabitlik, Yaxın Şərqdə isə ekstremizm və radikalizm tüğyan etdiyi bir şəraitdə baş verir. Beləliklə, çoxəsrlik tolerantlıq ənənələrinə malik, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan birinci Avropa Oyunlarının təşkilatçısı kimi, coğrafi problemləri düşmənçilik münasibətlərini reallaşdırmaq üçün deyil, mədəni müxtəlifliyi inkişaf etdirmək və insan enerjisini idman yarışlarına istiqamətləndirmək üçün nadir imkana çevirməyə çalışır.

 Təbii ki, Azərbaycanı tənqid edənlər də tapılır. Diplomat yazır ki, son dövrlərdə ölkəmiz yalnız neqativ məqamlara əsaslanan, Azərbaycanın qazandığı bütün sanballı uğurları inkar edən və yaxşıca əlaqələndirilmiş davamlı ittiham kampaniyası ilə dəfələrlə üzləşib. 

 Səfir vurğulayır ki, regional təhlükəsizliyə qarşı təhdidin artmasını, dini zəmində zorakılığın güclənməsini, qadınlara hücum edilməsi kimi dəhşətli bir praktikanın və mövcud münaqişələrin geniş yayılması üçün potensial imkanları nəzərə alsaq, Azərbaycana qarşı yönəlmiş bu kampaniyanın səmərə verəcəyi şübhə doğurur. Əlbəttə, başqa ölkələr kimi, Azərbaycanda da müəyyən nöqsanlar var, buna görə də o həmişə konstruktiv tənqidi normal qarşılayır, mövcud problemlər üzərində ardıcıl iş aparır.

Məsələn, Azərbaycanın sosial sahədə qazandığı uğurlardan biri – “ASAN xidmət” Mərkəzi bu ilin may ayında BMT tərəfindən “ 2015-ci ilin BMT dövlət xidməti mükafatı”na (United Nations Public Service Award 2015) layiq görülüb.(Azərtac)

 Müəllif sonda qeyd edir ki, tarix pessimistlər və skeptiklər tərəfindən yox, uzaqgörən praqmatiklər tərəfindən yazılır. Məhz bu cür insanlar gələcəyin əsassız çağırışlar vasitəsilə deyil, real, praktiki nailiyyətlər vasitəsilə qurulmasına üstünlük verirlər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1150

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...