SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Aİ-nin Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü məsələsi bir daha dəstəkləndi

2017-11-27 07:50:26

.

Ermənistanın və erməni lobbi dairələrinin cidd-cəhdlərinə baxmayaraq, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Sənəddə regionun bir çox bölgələrində beynəlxalq hüququn prinsiplərinin pozulmasına narahatlıq ifadə olunur və mövcud münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dəstək ifadə edilir.

Bu sözləri Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamənin əhəmiyyəti ilə bağlı AZƏRTAC-a məxsusi açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib: “Bəyanatda Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına da istinadlar öz əksini tapıb. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi və dəstəklənməsi ən ümdə prinsiplərdən biri kimi qeyd edilib.

Qeyd edək ki, Sammitdən bir neçə gün əvvəl Ermənistanın və Avropa Parlamentində antiazərbaycan qüvvələrin dəstəyi ilə tövsiyə xarakterli sənəd qəbul olunmuşdu. Ermənistan tərəfi gülünc formada ermənipərəst lobbi dairələrinin dəstəyi ilə ərsəyə gələn bu tövsiyə sənədini Ermənistan diplomatiyasının qələbəsi kimi təqdim edirdi. Brüssel Sammitində qəbul olunan Birgə Bəyannamədə bu “tövsiyə”lərin heç biri öz əksini tapmadı.

Sammitdən əvvəl Ermənistanın hakim Respublika partiyasının da daxil olduğu Avropa Xalq Partiyasının Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq partiyaları ilə qurultayı keçirilmişdi. Bu qurultayda qəbul edilmiş yekun bəyanatda da Avropa İttifaqı və üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünə birmənalı dəstəyi bir daha ifadə olunub. Ermənistanın hakim Respublika partiyası bəzi ermənipərəst qüvvələrin cəmləşdiyi Avropa Xalq Partiyasının yekun bəyanatına qeyd-şərt qoyub.

Bununla bərabər, Ermənistan rəhbərliyinin Şərq Tərəfdaşlığı ölkələrinin sammitindəki çıxışı bir daha onu nümayiş etdirir ki, Ermənistanin siyasi rəhbərliyi müasir beynəlxalq münasibətlərin inkişaf tendensiyalarından tamamilə uzaqdır və onlar hələ də II Dünya müharibəsinin hərbi diktatorlarının təfəkkürünə malikdirlər. Onların müasir reallıqdan kənar düşüncə tərzləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas problemdir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 246

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...