TƏDQİQATLAR
A- A A+

Avropa Komissiyası: Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti cinayət məsuliyyəti yaradır

2017-11-25 10:05:23

.

Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətnin rəhbəri Hikmət Hacıyev məlumat verib. Avropa Komissiyasının rəsmi saytında yayılan xəbərdarlıqda bildirilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı (Aİ) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər".

Xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamını verir. Avropa Komissiyasının bu xəbərdarlığı Aİ fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı ölkəmizin legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır. Aİ ilə bütün səviyyələrdə, habelə mövcud dialoq formatları, eyni zamanda Aİ üzv ölkələri ilə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı üzrə Müştərək Komissiyalar çərçivəsində məsələ ilə bağlı prinsipial mövqeyimizin təbliğinin davamlılığı ilkin nəticənin əldə olunmasında mühüm rol oynayıb. Bu tendensiyanın saxlanılması gələcəkdə Aİ tərəfindən növbəti və daha təsirli tədbirlərin görülməsini istisna etmir.

Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Aİ tərəfindən ölkəmizlə bağlı siyasi qərarlar qəbul edilərkən Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə (Aİ üzv ölkələrinin səfirləri) hesabat verir və ondan tövsiyələr alır. Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq yuxarıdakı xəbərdarlığa bütün Aİ üzv ölkələri birmənalı şəkildə riayət etməlidir.

Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtsadi-ticarət fəaliyyətindən çəkindərilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 309

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...