MƏDƏNİ
A- A A+

Film Festivalının qalibləri mükafatlandırıldı

2017-11-24 22:05:52

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə çıxış edən Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev festival haqqında geniş məlumat verib.

C. Quliyev bildirib ki, festivalda Şuranın dəstəyi ilə QHT-lərin 2008-2016-cı illərdə hazırladığı 100-ə qədər film iştirak edib. Peşəkar kino mütəxəssislərindən ibarət Münsiflər Heyəti festivala təqdim edilən ekran əsərlərindən birinci, ikinci və üçüncü yerin qalibi olan, diploma və Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib. Son illər ölkəmizdə film festivallarının coğrafiyasının genişləndiyini deyən Cəmil Quliyev Şuranın film festivalı keçirməsinin xüsusi ictimai əhəmiyyəti olduğunu vurğulayıb: “Festivala təqdim edilən ekran əsərləri Kinematoqrafçılar İttifaqının üzvü olan peşəkar kino mütəxəssilərindən ibarət Münsiflər Heyəti tərəfindən seçilib. Festivalda həyatın müxtəlif sahələrini əhatə edən ekran əsərləri yarışıb. Yüzədək filmin qatıldığı festivaldakı ekran əsərlərinin əksəriyyəti sənədli filmlərdir. Bu filmlər böyük zəhmət hesabına çəkilib. Biz çalışdıq ki, filmlərin çəkilişində əməyi olan insanları qiymətləndirək”.

Şura sədri, deputat Azay Quliyev festivalın əhəmiyyətindən danışaraq bildirib ki, Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub. Şura sədri deyib ki, müharibə bu gün yalnız qoşunların təmas xəttində deyil, həm də informasiya müstəvisində gedir: “Cənab prezident İlham Əliyev bizə bütün istiqamətlərdə hücum taktikası mövqeyi seçməyi əmr edib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, xüsusi ilə erməni vandalizminin ifşasi, soyqırım həqiqətlərinin dünyada tanıdılması sahəsində həyata keçirdiyi işlər hər birimiz üçün böyük nümunədir. Bu cəhətdən vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. QHT-lər dövlət siyasətinin həyata keçirilməsinə davamlı olaraq dəstək verirlər. Şuranın dəstəyi ilə QHT-lər ötən illər ərzində vətənpərvərliyin, milli maraqlarımızın müdafiəsi ilə bağlı xeyli filmlər hazırlayıblar. Onlar yalnız ölkədə nümayiş etdirilmir, xarici auditoriyalarda da Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini verirlər”.

Azay Quliyev deyib ki, “kiçik vəsaitlə QHT-lərin fədəkarlıq göstərərək müxtəlif mövzularda maraqlı ekran əsərləri yaratması həqiqətən də təqdirəlayiqdir”.

Şura sədri qeyd edib ki, bu tip tədbirlərin yaratdığı rəqabət mühiti QHT-ləri üzərlərinə düşən işi bundan sonra daha yüksək peşəkarlıqla icra etməyə sövq edəcək. QHT rəhbərlərinə müraciət edən Şura sədri bildirib ki, QHT-lərin hər zaman ortaya peşəkar, keyfiyyətli məhsul qoymalarını istəyirlər. QHT-lər icra etdikləri layihələr çərçivəsində hazırladıqları filmlər, sosial çarxlar elə keyfiyyətdə olmalıdır ki, televiziyalar ondan asanlıqla istifadə edə bilsinlər.

Mərasimin sonunda festivalın qalibi olan filmlərin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci və “Günahkarlar və günahsızlar” filmi isə üçüncü yeri qazanıb. Digər 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 335

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...