SİYASƏT
A- A A+

Qarabağ münaqişəsinin nizamlanmasına dair "Putin Planı" mövcuddur?

2017-11-24 08:05:14

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair "Putin Planı"nın mövcudluğu barədə xəbərləri şərh edib

APA-nın Moskva müxbiri xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib ki, onlar hər zaman hər kəsə xəbərlərə yaradıcı münasibətlə yanaşı, eyni zamanda ilkin mənbəyə istinad etməyi məsləhət görürlər.

"Bu mövzu dəfələrlə şərh olunub. Biz bu səfərləri də dəfələrlə şərh etmişik və bu suallara birmənalı cavab vermişik. Biz hərmişə qoylulan suallara xırda təfərrüatlarına qədər konkret cavab veririk. Bəzən müəlliflərin təxəyyülünü dayandırmaq mümkün olmur. Lakin heç olmasa nəzakət xatirinə bu yazılarda Rusiyanın olduqca aydın və dəqiq olan rəsmi mövqeyini qeyd etmək lazımdır", - deyə o bildirib.

Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son iki həftədə Moskva, Bakı və İrəvanda keçirilən danışıqların yekunlarını şərh etmək barədə xahişinə cavab olaraq M. Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı xüsusi diplomatik aktivlik qısa müddət ərzində baş verməyib: "Bu, daimi işin nəticəsidir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya üçün prioritet olaraq qalır. Çünki bu məsələnin bizə dost olan iki ölkəyə, iki xalqa aidiyyəti var. Biz onlarla münasibətləri inkişaf etdiririk və çox istəyirik ki, bu problemli məsələ nəhayət ki, həll olunsun".


Kateqoriya : SİYASƏT Baxış sayı : 296

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...