MÜSAHİBƏ
A- A A+

Yusif Savalan: Biz təbliğat aparmırıq həqiqəti çatdırırıq

2017-11-23 22:25:07

Fact-info.az (Fakt Azərbaycan) saytının suallarını Xocalıda doğulan, Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi, Alman dili mütəxəssisi Yusif Savalan cavablandırır:

-Yusif müəllim, bu gün Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq və informasiya müharibəsində effektli nəticələri artırmaq üçün nəyi etmək zəruri olar?

-Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün son dövrlər xeyli işlər görülüb. Rəsmi qurumlar tərəfindən bu sahədə ciddi addımlar atılır. Mənim fikrimcə, dövlət qurumları ilə bərabər diaspora təşkilatları, müxtəlif sənət adamları, ictimai təşkilatlar və digər qurumlar, ümumilikdə bu işə dəstək göstərmək imkanında olan hər bir vətəndaş Azərbaycan həqiqətlərininin dünyaya çatdırılmasına dəstək olmalıdır. Heç şübhəsiz, Heydər Əliyev Fondu Azərbaycanın təbliğatı məsələsində böyük işlər görür. Məncə, bütün bunlarla bərabər azərbaycanlı məcburi köçkünlər, həmin hadisələri öz gözləri ilə görən insanlar xarici auditoriyaya daha dolğun məlumatlar vermək imkanındadır. Xocalı faciəsinin canlı şahidləri, həmin soyqırım hadisələri zamanı valideynlərini, yaxınlarını itirən şəxslər xarici auditoriyalarda, müxtəlif tədbirlərdə çıxış edərək Azərbaycan həqiqətlərini dünyaya effektli şəkildə çatdıra bilərlər. Bütün bu işlərə dəstək vermək lazımdır.

-Azərbaycan həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif xarici dillərdə kitabların çapı məsələsini sizin fikrinizcə qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq çox iyrənc əməllərlərlə məşğul olublar. Hər zaman Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Saxta kitablarla bütün Avropanın kitabxanalarını doldurublar. Biz isə təcavüzə, böyük saxtakarlıqlara məruz qalan xalq olaraq həqiqəti deməliyik, yazmalıyıq, tədqiqatlar aparmalıyıq. Ona görə də kitab çapı məsələsi çox zəruri məsələdir. Son dövlər Heydər Əliyev Fondu, XİN və digər qurumlar tərəfindən xeyli kitablar müxtəlif xarici dillərdə çap olunub. Biz çox istərdik ki, bu işlər daha da intensivləşsin. Bəzi sahibkarlar, müxtəlif imkanlı şəxslər öz vəsaitlərindən bu çap işlərinə, tərcüməyə vəsait ayırsınlar. Təəssüf ki, sahibkarların əksəriyyəti bu sahədə vətəndaşlıq mövqeyi göstərmirlər. Belə təbliğat işlərinə vəsait ayırmaqda etinasızlıq göstərirlər.

-Onu da qeyd etmək zəruridir ki, gələn il 1918-ci il hadisələrinin, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımı hadisələrinin 100 ili tamam olacaq. Ümumiyyətlə, həmin dövrün araşdırılması və dünya xalqlarının diqqətinə çatdırılması prosesi bu gün necə gedir?

-Uzun müddət, xüsusilə, sövet tarixşünaslığında 1918-ci il hadisələri, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti ictimaiyyətdən gizlədilmişdi. Hətta həmin hadisələr təhrif olunaraq vətəndaş müharibəsi kimi göstərilirdi. Nəhayət, Azərbaycan müstəqilliyinə qədəm qoyduqdan sonra bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Bizim alimlərimiz, tarixçilərimiz bu barədə geniş tədqiqatlar apardılar, xeyli kitablar çap olundu. Lakin bu hələ çox azdır və düşünürəm ki, bu iş müntəzəm olaraq davam etdirilməlidir. Müxtəlif xarici dillərdə çap olunan kitabların sayı artmalıdır. Biz bu işlərə xarici alimləri, tanınmış tədqiqatçıları dəvət etməliyik. Çünki əcnəbi alimlərin faktlara istinadən öz dillərində yazdıqları kitablar daha geniş yayılacaq, çox oxunacaq və oxucuları daha çox inandıracaq. Yenə də həmin məsələni qeyd etmək istərdim ki, bütün bu işləri görmək üçün sahibkarlar, iş adamları öz dəstəklərini əsirgəməməlidirlər. Bütün vəsaitlərin ödənilməsini dövlətdən gözləmək düzgün olmazdı. Müxtəlif özəl şirkətlərin rəhbərləri öz məsuliyyətlərini dərk edib belə layihələrə maliyyə vəsaiti ayırmalıdırlar.

-Ümumiyyətlə, informasiya müharibəsində və bəzi təbliğat xarakterli məqamlarda problemlərin aradan qaldırılmasında nəyi tövsiyə edərdiniz?

-Biz boş-boşuna təbliğat aparmırıq. Həqiqəti dünya ictimaiyyətinə çatdırırıq. Fikrimcə, biz bu prosesdə, istər xaricdəki səfirliklərimiz, diaspora təşkilatları, həqiqəti yaymaqla məşğul olan hər bir şəxs üçün əsas bir hədəf olmaldır. Yəni hər kəsin əsas məqsədi, hədəfi ondan ibarət olmaldır ki, Azərbaycanın ədalətli mövqeyi ilə dünya ictimaiyyəti və nüfuzlu təşkilatları tanış olsun, təcavüzkarın, terrorçunun kimliyi bilinsin. Erməni saxtakarlığı üzə çıxsın və ifşa olunsun.

-Nəhayət sonda Azərbaycanın təhsil sahəsində aparılan islahatları necə dəyərləndirirsiniz?

-Azərbaycanın təhsil sistemində islahatlar gedir. Mən bunu yaxşı dəyərləndirirəm. Düzdür, bu proses tədricən aparılır. Zaman keçdikcə öz nəticələrini verəcək. Ümumiyyətlə, təhsildə islahatları çox sürətli aparmaq da olmaz. Bu işə kompleks yanaşmaq lazımdı. Burada kadrlar məsələsinə, müasir standartlara cavab verən dərs vəsaitlərinin hazırlanmasına və digər məqamlara diqqətlə yanaşmaq lazımdır. Bundan əlavə, təhsil orta məktəblərdən başlayır. Orada zəif şagird olursa bu ali məktəblərdə də özünü çox ciddi şəkildə büruzə verir. Ona görə də təhzil bazası olan orta məktəb güclənməlidir ki, sonrakı mərhələdə boşluq olmasın. Bizim universitetdə xarici dillər üzrə mütəxəssislər yetişir. Biz istərdik ki, ixtisaslaşma olsun. Əsas hədəfimiz odur ki, müxtəlif dillər üzrə peşəkar müəllimlərimiz, tərcüməçilərimiz, xarici dilləri bilən beynəlxalq siyasətçilərimiz yetişsin.

Toğrul
Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 657

QHT və MEDİA

2017-12-11 11:05:30

QHT və MEDİA
Xarici ölkə diplomatları və KİV nümayənd...
Xarici ölkə diplomatları və KİV nümayənd...

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların v...

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

CƏMİYYƏT

2017-12-11 12:25:57

CƏMİYYƏT
DİN-in Polis Akademiyasının tarixi və bu...
DİN-in Polis Akademiyasının tarixi və bu...

Belə ki, Akademiya sıravi milis nəfəri və komandir hazırlayan bir məktəb kimi...

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...