QHT və MEDİA
A- A A+

Jurnalistlərə müraciət edilib: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştirak edək”

2015-06-12 10:10:05

Azərbaycan Mətbuat Şurası I Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.

Müraciətdə deyilir: “Sabah Vətənimiz Azərbaycan öz şanlı tarixinin yeni ilkinə imza atacaq. Bakıda I Avropa Oyunları start götürəcək.

I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm hadisə, qürurverici olaydır. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə yanaşı, həm də vətənpərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı “twitter” kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. Kampaniyanın iyunun 12-də saat 15.00-da oyunların rəsmi “twitter” səhifəsində, #Baku2015 Hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan jurnalistləri həmin Hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) «məqsədinin» reallaşmasına yol verməyəcəklər.

I Avropa Oyunları ilə bağlı bu sayaq xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Belə halların davamlı xarakter daşıyacağı da istisna deyil. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya QHT-nin reallığı bilmədən ölkəmiz haqqında neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür. Buna görə də sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştiraka çağırırıq”. 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 707

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...