QHT və MEDİA
A- A A+

Ermənistanın faşizmi dövlət siyasəti seçməsi Rusiyanın “Zvezda” telekanalı tərəfindən kəskin tənqid olunub

2017-11-22 08:20:55

Ermənistanda faşizmə xidmət göstərmiş Qaregin Njdenin həyat yolu hökumət səviyyəsində təbliğ olunur

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermənistan rəhbərliyinin milyonlarla insanın ölümünə səbəb olan faşizmi dövlət siyasəti seçməsi Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalı tərəfindən kəskin tənqid olunub.

Faşizmin təbliğini aparan rəsmi İrəvan bunu 2016-cı ilin mayında Ermənistanda Qaregin Njdeyə heykəl qoymaqla bir daha sübut edib. Verilişin müəllifi Veronika Kraşeninnikova bildirib ki, 1942-ci ildə Njde üçüncü Reyxə sovet Ermənistanını alman koloniyasına çevirmək üçün müraciət edir. Məhz o, erməni nasist legionunu yaradıb. Njde əsir erməniləri inandırıb ki, kim Almaniya üçün ölür, deməli Ermənistan üçün ölmüş olur. Bu abidə İkinci Dünya müharibəsində Ermənistanda faşizmə qarşı döyüşənlərin xatirəsinə təhqirdir. Müəllif Ermənistanın mövcud iqtidarını sərt tənqid edib. Bildirib ki, faşizmi dəstəkləyən hökumət hər zamankı kimi ikili oyun oynayır.

“Njde Ermənistanı idarə edən hakim respublika partiyasının qəhrəmanı və simvoludur. Onun ideologiyası milli konservatizmə çevrilib. Partiyanın loqotipi mənə üçüncü reyxin simvolunu xatırlatdı. Bu yaxınlarda mən hakim Respublika partiyasının rəhbərliyi ilə görüşdüm və loqotiplə bağlı sualı onlara verdim. İnanmazsınız, hakim partiyanın rəhbərlərindən biri bunu təsdiqlədi. Deyəsən biz Ermənistanı idarə edənlər haqqında çox şeyi bilmirik”, - deyə V.Kraşeninnikova bildirib.

Ermənistan hakimiyyətinin ideallaşdırdığı faşist Qaregin Njde, həmçinin hələ Qafqaz sovetləşməzdən əvvəl Dağlıq Qarabağdan azərbaycanlıların yaşadığı kəndlərdə yüzlərlə soydaşımızın qətlə yetirilməsində şəxsən iştirak edib. Ermənistanda bu nasist haqqında işğalçı ölkənin kino tarixində ən böyük büdcəyə malik film də çəkilib. Bu film yeddi milyon dollara başa gəlib. İşğalçı ölkədə vətəndaşlar səfil həyat tərzi yaşadığı bir vaxtda Ermənistan hökuməti faşizm ideologiyasının təbliğinə külli miqdarda vəsait sərf edir.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 407

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...