SOSİAL
A- A A+

Millət vəkili: “Hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”

2017-11-22 08:15:31

.

“Azərbaycanda müharibə şəraiti davam edir. Sabah müharibə başlayarsa, hərbçilər vətən uğrunda vuruşaraq canından keçməyə hazır olacaq. Lakin həmin hərbçilər əmin olmalıdır ki, onların ailəsi evlə təmin olunacaq”. Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. O qeyd edib ki, Hesablama Palatası qaçqın və məcburi köçkünlərin evlə təmin olunması üçün ayrılan vəsaiti açıqladı: “Lakin biz bilməliyik ki, neçə əlil və şəhid ailəsi ev növbəsindədir. Onların neçəsi evlə təmin olunacaq. Əgər bu barədə açıqlama verilsə, o zaman aydın mənzərə yaranacaq”.

Deputat əlavə edib ki, bu gün 4600 məcburi köçkün qəzalı binada yaşayır: “O qəzalı binalarda yaşayan insanların həyatları riskdədir. Allah insana nə qədər ömür verib ki? Bu barədə düşünmək lazımdır. Elə binalar var ki, hətta orada kişi ilə qadın eyni tualet növbəsində dayanır”. Deputat həmçinin Naxçıvan, İran və Türkiyə ilə birgə yaradılacaq iqtisadi zona məsələsinə diqqət çəkib. O qeyd edib ki, hələ ki bu barədə bir məlumat yoxdur: “Buna aydınlıq gətirilsə yaxşı olardı”.

Q. Həsənquliyev eyni zamandan Naxçıvandakı avtomobil zavodunun rekonstruksiya olunaraq elektriklə işləyən avtomobil zavodu yaradılmasını təklif edib: “Bildiyimiz kimi, hazırkı zavod Çin avtomobili istehsal edir. Lakin bunu heç kim almır. Biz müasir dövrün çağırışlarına uyğun olaraq elektriklə işləyən avtomobillər istehsal edə bilərik. Qabaqcıl şirkətləri bu zavodun tikintisinə cəlb edə bilərik. Həmin avtomobilləri tək ölkə daxilində deyil, bir sıra xarici dövlətlərə, İran, Rusiya və Orta Asiya dövlətlərinə sata bilərik. Artıq Avropada yaxın gələcəkdə benzinlə işləyən avtomobillərdən imtina ediləcək”.

Deputat həmçinin dövlət televiziyasına və İctimai Televiziyaya verilən reklamların özəl televiziyalara verilməsini və onların maddi durumunun bu yolla yaxşılaşdırılmasını təklif edib. O həmçinin alternativ və bərpa olunan enerji agentliyinin ləğv edilərək Energetika Nazirliyinə birləşdirilməsini təklif edib.(Azadinform)


Kateqoriya : SOSİAL Baxış sayı : 573

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...