SİYASƏT
A- A A+

“Azərbaycan terrorçuluğun bütün formalarına qarşı mübarizəni dəstəkləyir”

2017-11-22 08:05:24

.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Terrorçuluqla mübarizə və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Çen Qopinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edib və bu baxımdan iki ölkənin dövlət başçılarının dostluq münasibətlərinin, həmçinin son dövrlər intensivləşən səfərlər mübadiləsinin rolunu xüsusi vurğulayıb. Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü yaxından dəstəklədiyini deyən E. Məmmədyarov 30 oktyabr 2017-ci il tarixində istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun bu çərçivədə yük və sərnişin daşınması baxımdan əməkdaşlıq üçün geniş imkanlar yaratdığını nəzərə çatdırıb. Həmçinin, Azərbaycan iqtisadiyyatının xüsusilə qeyri-neft sektorunda Çin şirkətlərinin daha fəal şəkildə təmsil olunmasında ölkəmizin maraqlı olduğunu deyib.

Çen Qopinq isə Çin hökumətinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib və iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycanın İpək Yolunun vacib iştirakçılarından biri olduğunu qeyd edən Çen Qopinq “Bir Kəmər, Bir yol” layihəsinə Azərbaycanın yaxından iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.

Ç. Qopinq Azərbaycan və Çin hökumətləri arasında strateji əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin terrorizmə qarşı mübarizə sahəsində də davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, E. Məmmədyarov Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəklədiyini və beynəlxalq təşkilatlar çərçivəsində bu sahədə irəli sürülən təşəbbüslərlə bağlı Çinlə Azərbaycanın eyni mövqedən çıxış etdiyini deyib. Görüşdə beynəlxalq və regional xarakterli digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 264

QHT və MEDİA

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

2018-05-21 21:40:59

QHT və MEDİA
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT P...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...