TƏDQİQATLAR
A- A A+

“Kəlbəcər: ömrüm, həyatım”

2017-11-21 09:40:21

.

Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinci hissəsinin təqdimatı olub.

Tədbiri əməkdar elm xadimi, professor, Aşıqlar birliyinin sədri, Məhərrəm Qasımlı acaraq Qənbər Şəmşiroğlunun yaradıçılığı və kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, saz-söz sərrafı olan Qənbər Şəmşiroğlunun “Kəlbəcər: ömrüm, həyatım” kitabının ikinçi hissəsində də birinci hissədə olduğu kimi, Kəlbəcərdə baş verən ictimai-siyasi hadisələr geniş əksini tapıb. Müəllif burda da gündəliklərdən istifadə etməklə hadisələri faktlarla göstərməyə calışıb. Müəllif “Kəlbəcər: ömürüm, həyatım” toplusunun ikinçi hissəsində də öz ənənəsinə sadiq qalaraq oxucusuna günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı, akademik Kamran Əliyev və filologiya elimləri doktoru Şirindil Alışanlı bildiriblər ki, Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun və ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb. Milli Məclisin deputatları Jalə Əliyeva və Aqil Abbas çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar. Bildiriblər ki, kitabda şairin doğulub boya çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərdə gördükləri xatirələr yer alıb. Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmağına baxmayaraq öz soykökünü unutmayaraq yaradıcılığa, şeirə, nasrə, publisistikaya böyük yer ayırıb. Əməkdar jurnalist, şair Adil Cəmil, professorlar Şahlar Əsgərov, Azərbaycan Yazıcılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, ziyalılardan Ağalar İdirisoğlu, Vəliyəddin İsmayılov, Azərbaycan Dəmir Yolları QSC-nin YAP Partiya təşkilatının sədri Xeyurulla Hümbətov vədigərləri cıxış edərək bildiriblər ki, 30-dan artıq kitab müəllifi Qənbər Şəmşiroğlunun şeirlərindəki məzmun və forma gözəlliyindən, üslub və bədii xüsusiyyətlərindən, ədəbiyyatda layiqli mövqeyindən söhbət açıblar. Natiqlər Qənbər Şəmşiroğlu şəxsiyyəti və yaradıcılığı haqqında maraqlı söhbət açaraq onun tapındığı od-ocağın XVI əsrin böyük dövlət xadimi, şair-övliya ulu babası Miskin Abdaldan üzü bəri onlarla saz və söz xiridarlarının, o cümlədən, babası Ağdabanlı şair Qurbanın, atası ustad sənətkar Dədə Şəmşirin ədəbiyyatımıza, mənəviyyatımıza göstərdikləri böyük xidmətlərini qeyd ediblər.

Qeyd edilib ki, Qənbər Şəmşiroğlu bu gün öz kamillik yaşında da “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur.

Tədbirdə şagirdlər ədəbin şeirlərindən nümunələr səsləndiriblər.

Tədbirin sonunda isə Qənbər Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan çıxış edərək onun ədəbi-bədii yaradıcılığına, şəxsiyyətinə, ona dəyər verib bu tədbirə gələn qonaqların hər birinə öz təşəkkürünü bildirib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 578

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...