MÜSAHİBƏ
A- A A+

Gürcü politoloq: Avropa İttifaqı Ermənistandan tək Metsamor AES-i bağlamağı deyil, işğala son qoymağı da tələb etməlidir

2017-11-21 09:00:39

Avropa İttifaqı (Aİ) Ermənistandan Metsamor Atom Elektrik Stansiyasını (AES) bağlamağı tələb edib. Ermənistan enerji böhranı ilə üz üzədir

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armenia” saytı yazıb.

Saytın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytında Aİ ilə Ermənistan arasında imzalanacaq razılaşmanın şərtləri açıqlanıb. Sənəddə deyilir ki, Ermənistan Metsamor AES-in fəaliyyətini dayandırmalı, ölkənin enerji təhlükəsizlyini təmin etmək üçün alternativ yollar tapmalıdır. Aİ-nın bu tələbi erməni və gürcü iqtisadçılar, siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Erməni iqtisadçı Vilen Xaçatryan hesab edir ki, Ermənistanın alternativ enerji mənbələri yoxdur. Metsamor AES-in bağlanması Ermənistanın regiondakı mövqelərini daha da zəiflədəcək. Gürcü politoloq, tarixçi alim Simon Kopadze müsahibəsində deyib ki, Ermənistanın Avropa İttifaqı ailəsinə daxil olması üçün Metsamor AES-in bağlanması yeganə şərt ola bilməz. Ermənistan, eyni zamanda, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, işğala, terrora son qoymalıdır.

Politoloq hesab edir ki, ikili standartları ilə seçilən Avropa İttifaqı əslində təkcə Metsamor AES-in bağlanması tələbini irəli sürməklə əsas məsələdən yayınır. “Belə olmasa idi, Avropa İttifaqı dövlətlərin ərazi bütövlüyü məsələsini, Ermənistanın işğalçılıq siyasətini qabardar, ondan işğala son qoymağı tələb edərdi və regionda sülhə nail olunardı. Ona görə də hesab edirəm ki, başqa dövlətin vassalı olan Ermənistan üçün Metsamor AES çox zəif şərtdir”- deyə Kopadze vurğulayıb. “Art-qallery” televiziyasının rəhbəri, politoloq Tengiz Txilava isə hesab edir ki, bu tələb çoxdan irəli sürülməli idi.

Çünki Metsamor AES istismar müddətini başa vurub və regionun, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir: “Biz hamımız Çernobıl faciəsini çox yaxşı xatırlayırıq. Metsamor AES-də də ciddi problemlərin yaşandığı hamıya bəllidir. Düşünürəm ki, Ermənistanın inadkarlığı Avropanın da narahat etməyə başlayıb. Çünki, bu stansiyada fəlakət baş versə, Avropa ölkələri də bunun acı nəticələrini yaşayacaqlar. Amma bu tələb yalnız kağız üzərində qalmamalı, Ermənistana qarşı digər tələblər də irəli sürülməli və onların icrasına nail olunmalıdır” - deyə Txilava vurğulayıb. Qeyd edək ki, noyabrın 24-də Ermənistan Avropa İttifaqı ilə tərəfdaşlığın genişləndirilməsinə dair müqavilə imzalamaq niyyətindədir


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 238

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...