QHT və MEDİA
A- A A+

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi tədbirlərə start verir

2017-11-20 20:10:02

.

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yaralanaraq əlil olan soydaşlarımızı, habelə, müharibə iştirakçılarını unutmağa kimsənin haqqı yoxdur. "Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi də bu müqəddəs amala xidmət edir.

Birliyin 4 Regional Departamenti, 7 şəhər və rayon şöbəsi var. 2 ay öncə yaradılmış Mərkəzi Aran bölgəsi üzrə Regional Departamenti də belə şöbələrdəndir. Departamentə Göyçay, Ağdaş, Zərdab, Ucar və Ağsu rayonları daxildir. Regional Departamentin rəhbəri Vüsal Mirzəyevdir. Bu yaxınlarda ümumi yığıncaqda 9 nəfərdən ibarət İdarə heyəti, 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilib. Birlik sədri Şamil Sabiroğlunun da iştirak etdiyi yığıncaqda qarşıda duran mühüm vəzifələr müzakirə olunub. Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Mərkəzi Aran bölgələri üzrə Regional Departamentinin İcra Aparatının rəhbəri, Azərbaycan, Türkiyə, İraq Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Aqil Kəngərlinin verdiyi məlumatlara görə dekabr ayından etibarən Göyçay, Ağdaş, Ucar, Zərdab və Ağsu rayonlarında silsilə tədbirlər keçiriləcək. Buna misal olaraq, Birliyin dəstəklədiyi “7 şəhid,7 qazi”, “Əsgərə məktub və kitab ver!”layihələrini nümunə göstərmək olar.

Dekabrın 22-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ad gününə həsr edilən tədbir keçiriləcək.

Tədbirdə bölgəni təmsil edən ziyalıların, Milli Məclis deputatlarının, habelə, Qeyri-Hökumət Təşkilatı nümayəndələrin, tələbə-gəncləri iştirakı nəzərdə tutulub. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi”medalının mükafatçısı Şamil Sabiroğlu, Birliyin Mərkəzi Aran Departamenti sədrinin müavini Rauf Mirzəyev, bu Departamentin İcra Aparatının rəhbəri, yazıçı-publisist Aqil Kəngərli noyabrın 20-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə baş çəkdilər.

Kollecin direktor müavinləri –Şahin Əliyev, Səbinə Qurbanova, tarix müəllimi Samir Dadaşov və informatika müəllimi Şahrun Əkbərova qonaqları salamladılar, bu təhsil ocağının uğurları haqda məlumat verdilər. Şahin müəllim qonaqlara Kollecin direktoru, hazırda məzuniyyətdə olan Xəlil Orucovun salamlarını yetirdi. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi ilə gələcək əməkdaşlıq müzakirə edildi. Qərara alındı ki, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçıları haqqında birgə silsilə tədbirlər keçirilsin.

Şamilə Şamilqızı,

Aysel Bayramova

“xebertv.az” və “fact-info.az” saytlarının xüsusi müxbirləri.

Göyçay şəhəri,


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 438

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...