QHT və MEDİA
A- A A+

Braziliyanın “Folha de Sao Paolo” qəzetində Azərbaycan səfirinin məqaləsi yayılıb

2015-06-12 09:20:35

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovun bu ölkənin nüfuzlu “Folha de Sao Paolo” qəzetinin internet səhifəsində “Azərbaycan - müsəlman aləminin ilk dünyəvi demokratiyası” adlı məqaləsi yayılıb

Məqalədə Avropa və Asiyanın kəsişməsində yerləşən, tarixi Böyük İpək Yolunun vacib hissəsini təşkil edən və dünya neft sənayesinin beşiyi sayılan Azərbaycanın zəngin müxtəlifliyə, qədim tarixə və müasir cəmiyyətə malik olması oxucuların diqqətinə çatdırılır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk dünyəvi demokratiya kimi yarandığı və bir çox Qərb ölkələrindən əvvəl qadınların səsvermə hüququ ilə təmin edildiyi göstərilir.

Yazıda 1991-ci ildə ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra bir çox çətinliklərlə üzləşdiyi bildirilir və yalnız 1993-cü ildən etibarən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti və strategiyası nəticəsində ölkədə təhdidlərin aradan qaldırılıldığı, sabitliyin bərpa edildiyi, mühüm islahatların aparıldığı və inkişafa nail olunduğu vurğulanır.

Bildirilir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib. Azərbaycanın transregional enerji, nəqliyyat və infrastruktur layihələrini həyata keçirməsi, Cənubi Qafqazda lider ölkəyə çevrilməsi, həmçinin Azərbaycanda işsizlik və yoxsulluğun kəskin şəkildə azaldılaraq 5 faizdən aşağı düşməsi, iqtisadiyyatın şaxələndirilməsi və neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ölkəmizdə həyata keçirilən uzunmuddətli strategiyanın nəticələri kimi qiymətləndirilir.

Məqalədə vurğulanır ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh şəraitində yaşayır, ölkədə zəngin tolerantlıq və multikulturalizm ənənələri mövcuddur, Bakı şəhəri mədəniyyətlərarası və dinlərarası dialoq üzrə yüksək səviyyəli tədbirlərin mühüm beynəlxalq mərkəzinə çevrilib. Eyni zamanda, Azərbaycanda idmana olan sevgi qeyd olunur və ölkəmizdə iyunun 12-28-də birinci Avropa Oyunları və 2017-ci ildə İslam Həmrəylik Oyunları kimi idman tədbirlərinin keçiriləcəyi bildirilir.

E.Sultanov ölkəmizin üzləşdiyi ən böyük problemi - Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının davam etməsini oxucuların diqqətinə çatdırır. Aparılan danışıqların nəticə verməməsinin əsas səbəbinin Ermənistan tərəfindən sülhə nail olunması üçün niyyətin olmadığı bildirilir. Ölkəmizin mövqeyini açıqlayan səfir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq həll edilməli olduğunu vurğulayır.

Azərbaycanın müstəqil, balanslı və çoxşaxəli xarici siyasət apardığını bildirən səfir E.Sultanov ölkəmizin Braziliya ilə hərtərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini qeyd edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbulu zamanı Braziliyanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi verdiyi dəstəyin əhəmiyyəti vurğulanır.

Məqalədə Azərbaycan və Braziliya arasında son illər siyasi dialoq, ticarət, parlamentlərarası əlaqələr, mədəniyyət, idman və gənclər sahələrində önəmli dinamika müşahidə olunduğu bildirilir. Azərbaycanlı mütəxəssis Eyyub Tağıyevin 1962-1963-cü illərdə Braziliyada neft araşdırmalarına töhfə verdiyini vurğulanır. Həmçinin bir müddət əvvəl “Braziliya-Azərbaycan: Diplomatik Münasibətlər Seriyası” adı altında poçt markalarının təqdimatının ölkələrimiz arasında dostluq və əməkdaşlığın bariz nümunəsi olduğu göstərilir və gələcək ikitərəfli əməkdaşlıq üçün daha geniş imkanların mövcud olduğu qeyd edilir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

http://www1.folha.uol.com.br/opiniao/2015/06/1640037-elnur-sultanov-azerbaijao-a-primeira-democracia-secular-no-mundo-muculmano.shtml

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1602

QHT və MEDİA

2020-08-11 08:10:22

QHT və MEDİA
Azay Quliyev başa çatan təlimlər haqda: ...
Azay Quliyev başa çatan təlimlər haqda: ...

“Azərbaycan və Türkiyə ordusunun birgə döyüş təlimləri bu gün uğurla başa çat...

2020-08-10 10:35:21

QHT və MEDİA
Xarici media ermənilərin Qafqaza köçürü...
Xarici media ermənilərin Qafqaza köçürü...

Özbəkistanin fikr.uz portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın r...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...