CƏMİYYƏT
A- A A+

NTV televiziya kanalı: Azərbaycan türk dünyasının qüvvətli qalasıdır

2017-11-20 08:40:24

.

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odlar yurdu” adı ilə təqdim olunan geniş verilişdə ölkəmizin zəngin tarixi və müasir inkişafını əks etdirən rəngarəng kadrlar yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi ilə başlanan verilişdə Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam ordusunun xilaskarlıq missiyası, Cümhuriyyət hökumətinin hərbi yolla devrilməsi, 20 Yanvar faciəsi kimi tarixi faktlara müraciət olunub. Şəhidlər xiyabanında uyuyan azərbaycanlı və türkiyəli qəhrəmanların əziz xatirəsindən danışılıb. Şəhidlərin xatirəsinin həmişə ehtiramla yad olunduğu bildirilib.

Tanınmış telejurnalist Əhmət Yəşiltəpənin “Zaman yolçusu-kəşflər” silsiləsindən hazırladığı 6-cı verilişdə türkdilli tamaşaçılara Azərbaycanın siyasi tarixi, qədim mədəniyyət abidələri, onlar haqqında günümüzə qədər gəlib çıxan rəvayətlər, zəngin mədəniyyətimiz barədə də ətraflı məlumat verib. Verilişdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə müraciət olunub. Ölkəmizi türk dünyasını qüvvətli qalası kimi təqdim edən teleaparıcı deyib: Azərbaycan Orta Asiya ilə Anadolu arasında türk dünyası mədəniyyətinin əzəmətli körpüsüdür. Verilişdə Bakının mənzərəli yerləri, Qobustan qayaları, “Atəşgah” məbədi, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Şəki Xan sarayı, Naftalandakı müalicə-istirahət mərkəzləri və s. barədə bir-birindən maraqlı kadrlar əks olunub.

Veriliş boyu təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarını bir hissəsinin işğal altında saxlanılması faktı bir neçə dəfə diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan tərəfindən XX əsr boyu davamlı olaraq Azərbaycan xalqının dövlətçiliyinə qarşı təcavüzkar siyasət yürüdülüb.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 576

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...