QHT və MEDİA
A- A A+

Sakarya şəhərində Xocalı soyqırımı ilə bağlı abidə ucaldılması məsələsi yenidən gündəmə gətirilib

2017-11-18 10:05:29

.

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyyə sədri Zəki Toçoğlu ilə keçirdiyi görüşdə bu şəhərdə Xocalı soyqırımı abidəsinin ucaldılması məsələsini yenidən gündəmə gətirib. Bələdiyyə sədri Zəki Toçoğlu Xocalı soyqırımı abidəsinin ucaldılması məsələsinin qısa zamanda həllini tapacağını bildirib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xalqlarımızın qürur mənbəyi kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri əsasında iki qardaş ölkə arasında əlaqələrin dinamik inkişafı ölkələrimiz üçün böyük önəm kəsb edir.

Sonra Sakarya Universitetində baş konsul Məsim Hacıyev ilə rektor Muzaffer Elmas arasında görüş olub. Görüşdə cari il oktyabrın 30-da İstanbul Universitetində keçirilmiş, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq proqramına həsr olunmuş toplantının nəticələrinə dair səmərəli fikir mübadiləsi aparılıb. Təhsil sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətdən danışan baş konsul azərbaycanlı tələbələrin qarşılaşdığı problemlərdən və onların həllinin vacibliyindən bəhs edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin real vəziyyəti, eləcə də 2016-cı ilin aprelində Azərbaycan ordusunun cəbhə bölgəsindəki apardığı rəşadətli döyüşlərin nəticələri, işğal altındakı torpaqlarımızın bir qisminin düşməndən azad olunması ilə bağlı məlumat verən M.Hacıyev qeyd edib ki, bütün bu informasiyaların azərbaycanlı və türkiyəli tələbələrə düzgün çatdırılması çox vacibdir.

Daha sonra Sakarya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə baş konsul Azərbaycan Respublikasını təhsil və gənclər siyasətinin istiqamətləri barədə məlumat verib. O deyib ki, yüksək davamiyyət göstərmək, həmçinin müasir elm və təhsilə sahib olmaq xaricidə ölkəmizi təmsil edən hər bir tələbənin birbaşa vətəndaşlıq borcudur. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 183

QHT və MEDİA

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

2017-12-08 09:40:27

QHT və MEDİA
Fransalı gənclər Azərbaycana tanışlıq sə...
Fransalı gənclər Azərbaycana tanışlıq sə...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin...

CƏMİYYƏT

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

2017-12-07 21:05:37

CƏMİYYƏT
Şura qrant müsabiqəsi elan edib
Şura qrant müsabiqəsi elan edib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...