TƏDQİQATLAR
A- A A+

Amerikalı ekspert Aleksandr Murinson saxta xəbərlərin müəllifləri olan iki ermənini ifşa edib

2017-11-16 08:50:52

.

Amerikada çıxan “Independent Journal Review” nəşrində Strateji Tədqiqatlar Mərkəzinin amerikalı eksperti Beqin-Sadat Aleksandr Murinsonun məqaləsi dərc edilib. Bu materialda iki erməni müəllifin “Forbes” jurnalında dərc olunmuş “Azərbaycanın təcavüzü ABŞ-ın köməyi ilə təşviq edilməməlidir” sərlövhəli, yalanlarla dolu məqaləsi ifşa edilir.

Murinson yazır ki, “Forbes” jurnalı həmin məqalənin erməni müəllifləri tərəfindən təqdim olunmuş informasiyanın mötəbərliyini yoxlamayıb və bununla, redaksiyada nəşr prosesinə tamamilə etinasız münasibət nümayiş etdirib. Qeyd olunur ki, Movses Ter-Ohanesyan və Suren Sarkisyan ad-soyadlı naməlum erməni “ekspertlər” bu məqalədə əslində yalnız saxta xəbərlər yayırlar. Ohanesyan və Sarkisyan Ermənistanı müstəqil və firavanlasan “möcüzələr diyarı”, Azərbaycan isə ABŞ-dan xarici yardım almağa layiq olmayan “bədheybət müsəlman ölkəsi” kimi qələmə verməyə çalışırlar.

Murinson bu erməni müəllifləri ifşa edərək göstərir ki, Azərbaycan regionun Qərb ilə inteqrasiyasının, siyasi müstəqilliyin və regional inkişafın hərəkətverici qüvvəsidir. Həm Xəzər dənizindən çıxarılan külli miqdarda nefti Avropaya çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, həm də bu qitəyə qaz nəqli üçün alternativ variant kimi Avropaya qaz kəmərləri şəbəkəsinin tikintisində, regionlararası əməkdaşlıq layihələrinin həyata keçirilməsində, o cümlədən Avropanı Şərq ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişində mühüm rol oynayır.

Murinson daha sonra yazır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal edilib və hazırda bu regionda yaradılmış oyuncaq qurum Ermənistan özü də daxil olmaqla heç bir təşkilat və ya ölkə tərəfindən tanınmayıb. Ekspert vurğulayır ki, bu iki fakt istər ABŞ administrasiyası, istərsə də BMT, Avropa Şurası, hər bir beynəlxalq təşkilat və ölkə tərəfindən təsdiq edilir. Murinsonun məqaləsində daha sonra deyilir ki, Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrildiyi bir vaxtda Azərbaycan xaricdən milyardlarla dollar məbləğində birbaşa investisiya almaqla özünün iqtisadi inkişafını təmin edib, dünya siyasətində, energetika və texnologiyalar sahəsində mühüm aktora çevrilib, günbəgün firavanlasan müasir dövlət qurub.

Ermənistan isə Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etməyə “xəstə aludəlik” nəticəsində bu regiona firavanlıq gətirən nəhəng enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Cənubi Qafqazın digər ölkələri uğurlu cəmiyyətlərə çevrildiyi halda Ermənistan daim yoxsullaşan, korrupsiyanın baş alıb getdiyi, zəka axınının və ölkə əhalisinin azalmasının davam etdiyi bir şəraitdə “dilənçi ögey oğul” vəziyyətində qalmaqda davam edir.(Azərtac)


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 830

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...