MƏDƏNİ
A- A A+

Şuşa Uşaq İncəsənət məktəbinin 85 illiyi qeyd olundu

2017-11-16 08:25:53

.

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Qonaqlar əvvəlcə Mərkəzin foyesində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev, məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı və Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək tədris ocağının tarixindən, 85 illik fəaliyyətindən, yetirmələrinin qazandığı uğurlardan söhbət açıblar.

Bədii hissədə xalq çalğı alətləri ansamblının müşayiəti ilə Emin Sabitoğlunun "Can Azərbaycan" mahnısını uşaq xor kollektivi ifa edib. Əməkdar artist Anar Şuşalı "Vətənimdir"i, məktəbin tələbələri Fatimə Ağazadə "Turacı"nı, Emin Məmmədli "Gözəl Şuşam"ı, Gümanə Mərdiyeva, Elbrus Abbasov, Arzu Məmmədova "Qarabağ şikəstəsi"ni ifa ediblər. Tədbirdə "Yallı" rəqsini beynəlxalq və respublika müsabiqələrinin laureatı məktəbin "Təbəssüm" rəqs qurupu nümayiş etdirib. İfalar alqışlarla qarşılanıb.

Xədicə RƏHMAN


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 688

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...