MƏDƏNİ
A- A A+

Şurada Film Festivalının Münsiflər Heyətinin iclası keçirilib

2017-11-14 22:25:47

.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyilə QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Film Festivalı keçirir. Bu məqsədlə Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu Münsiflər Heyəti yaradılıb. Bu gün Şurada Münsiflər Heyətinin iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib.

SSRİ Dövlət Mükafatı laureatı, xalq artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu və Festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib. Şəfiqə Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb.

Münsiflər Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev Festival çərçivəsində indiyədək görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, Festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. O, 25 oktyabr tarixində Film Festivalı ilə bağlı elan verdiyini bildirib. Cəmil Quliyev Festivalda iştirak etmək üçün QHT-lərin müvafiq qaydada Şuraya müraciət etdiyini və Festivala 2008-2016-cı illərdə hazırlanmış 100-dən artıq film təqdim olunduğunu deyib. C. Quliyev Münsiflər Heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini bildirib.

Münsiflər Heyətinin digər üzvləri SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış edərək QHT-lərin hazırladıqları filmləri yüksək qiymətləndirdiklərini bildiriblər.

Onlar təşkilatların ictimai həyatın müxtəlif sahələri üzrə maraqlı filmlər çəkdiklərini qeyd ediblər. Münsiflər Heyətinin üzvləri Festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini bildiriblər. Münsiflər Heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, Film Festivalının yekun tədbiri, təqdimetmə mərasimi 24 noyabr, saat 11:00-da Feyrmont hotelində keçiriləcək.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 289

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...