MÜSAHİBƏ
A- A A+

Bahar Muradova: Azərbaycanda insan kapitalının inkişafına diqqət dövlətimizin prioritet istiqamətlərindəndir

2017-11-14 10:35:00

Azərbaycanda insan kapitalının inkişafına göstərilən diqqət dövlətimizin prioritet istiqamətlərindəndir

Bu fikri Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentdə müzakirə edilən “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə danışarkən deyib.

Bahar Muradova büdcə layihəsinin mahiyyətindən danışaraq bildirib ki, sənəddə qlobal iqtisadi meyillər nəzərə alınmaqla büdcənin göstəriciləri, parametrləri müəyyənləşdirilib. Burada Azərbaycan iqtisadiyyatının həm 2016-cı ilin, həm də 2017-ci ilin keçən ayları müddətindəki inkişaf istiqamətləri və nəticələri nəzərə alınıb. Eyni zamanda, həm beynəlxalq, həm də daxili miqyasda risklər, onların büdcə parametrlərinə mövcud və mümkün təsirləri də nəzərə alınıb. Regionların dayanıqlı inkişafı, tələbatların yerli potensial nəzərə alınmaqla ödənilməsi tələbləri, sosial, iqtisadi, rabitə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dəstəyin büdcə paketində nəzərə alınması və prioritet istiqamət kimi göstərilməsi çox vacibdir. Artıq 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına həyata keçirəcək. Bu da ötən müddət ərzində əldə olunmuş çox böyük nailiyyətdir. Biz qarşıya qoyulan hədəflərə daha sürətlə, daha çevik şəkildə nail oluruq.

Bahar Muradova qeyd edib ki, insan kapitalının inkişafına göstərilən diqqəti və bu sahənin prioritet istiqamət kimi nəzərdə tutulmasını vacib amil kimi vurğulamaq lazımdır. İnsanların məşğulluğunun təmin olunması, sosial müdafiəsinin təşkili, təhsilə, səhiyyəyə, mədəniyyətə, yaradıcı sahələrə diqqət 2018-ci il büdcəsində də öz əksini tapır. Həssas qruplara qayğı, xüsusilə ehtiyacı olan təbəqənin problemlərinin həlli ilə bağlı büdcə göstəricilərini nəzərə alsaq, vurğulamalıyıq ki, bu dəfə də Azərbaycan Respublikasının dövlət büdcəsi sosialyönümlü xarakterini saxlayır.

Milli Məclisin sədr müavini deyib ki, əsas hədəflərimiz büdcə paketinə daxil olan qanun layihələrində göstərildiyi kimi, makroiqtisadi sabitliyin qorunub saxlanması, dövlət büdcəsinin xərclərinin səmərəliliyinin artırılması və onun xüsusi fəaliyyət mexanizmlərinin meydana gəlməsi, iqtisadi tənzimləmə sahəsində mexanizmlərin təkmilləşdirilməsi, ən əsası yenə də səmərəliliyin, faydalılığın artırılmasına göstərilən diqqət, rəqabət mühitinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması, daxili bazarın qorunması, bir sözlə, Azərbaycan xalqının layiqli həyat səviyyəsinin təmin edilməsi, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin artırılması, təhlükəsizliyinin təmin olunması, bunun növbəti illərdə də prioritet istiqamət kimi götürülməsidir. Bütün bunlar Azərbaycan vətəndaşlarının rifahının təmin olunmasına, hüquq və azadlıqlarının qorunmasına dövlətimizin növbəti dəstəyi kimi dəyərləndirilməlidir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 687

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...