SOSİAL
A- A A+

Şəhid Milli Qəhrəmanın adını ləyaqətlə yaşadan oğul!

2017-11-14 09:30:54

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ölüm-dirim savaşında 20 min nəfərdən çox insan şəhid olub

Onların hər birinin qəlbimizdə yeri var. Belə oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, N saylı Taborun sabiq komandiri Asif (Fred) Məhərrəmovdur.Fred Asif kimi tanınan bu oğul, haqq-ədalət tərəfdarıydı.Fred Asifin qardaşları-Ədalət, Səxavət, Qara da qanlı döyüşlərdə könüllü olaraq iştirak edib.Hacı Ədalət Məhərrəmov hazırda "Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlilidir.Hacı Ədalətin 3 övladı var: FredAsif, Yusif və Məhluqə.

FredAsif şəhid Milli Qəhrəmanın, Yusif Hacı Əlalətgilin atasının, Məhluqə xanımsa analarının adıdır. FredAsif Bakının Nərimanov rayonundakı 36 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.Çalışqanlığı ilə seçilən F.Məhərrəmov məktəb və rayon tədbirlərində aktiv yeniyetmə kimi iştirak edir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xəmsə"İntellektual yarışları da yeniyetmə və gənclər tərəfindən maraqla izlənir.Dövlət bayrağı günü ərəfəsində Yeniyetmələr arasında V Azərbaycan çempionatının Nərimanov rayon mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyi Nərimanov rayon Gənclər və İdman İdarəsinin dəstək verdiyi bu yarışmada FredAsif Məhərrəmov qaliblər sırasına daxil olub. İdarə rəisi Nəcəf Novruzov digər qaliblərə, o cümlədən də FredAsif Məhərrəmova xüsusi Diplom təqdim edib.

Azərbaycanın şəhid Milli Qəhrəmanının adını ləyaqətlə daşıyan dəyərli FredAsif Məhərrəmovu bu uğur münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Şamil Sabiroğlu,

Şamilə Şamilqızı,

"fact-info.az"və "xebertv.az" saytlarının, "Ana harayı"qəzetinin xüsusi müxbirləri.


Kateqoriya : SOSİAL Baxış sayı : 928

QHT və MEDİA

2019-08-19 11:45:38

QHT və MEDİA
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...
ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ ...

Fact-info.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsiz...

2019-08-19 09:15:10

QHT və MEDİA
Azərbaycanın diplomatik xidmət orqanları...
Azərbaycanın diplomatik xidmət orqanları...

Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı və UNESKO üzrə Azərbay...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...