İQTİSADİ
A- A A+

“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərbaycan və Aİ-nin çoxtərəfli əməkdaşlığının möhkəmlənməsini təmin edəcək”

2017-11-13 09:10:16

Energetika naziri Pərviz Şahbazovla Avropa İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa malik Azərbaycan-Avropa İttifaqı əlaqələrinin müxtəlif proqramlar və layihələr çərçivəsində uğurla inkişaf etdiyini deyən Pərviz Şahbazov münasibətlərin yeni mərhələnin ərəfəsində olduğunu qeyd edib. Bildirilib ki, enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, eyni zamanda Azərbaycanın enerji infrastrukturunun inkişafı, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə uğurlu nəticələrə nail olunub: “Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək”.

Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu, qurumun dəstəyi və Azərbaycanın liderliyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 900

QHT və MEDİA

2020-07-13 06:10:56

QHT və MEDİA
Azərbaycanın regional liderə çevrilməsi ...
Azərbaycanın regional liderə çevrilməsi ...

Dünyanın ən böyük universal beynəlxalq təşkilatı olan BMT geniş və hərtərəfli...

2020-07-12 11:30:25

QHT və MEDİA
Bölgədə artan gərginliyin məsuliyyəti bi...
Bölgədə artan gərginliyin məsuliyyəti bi...

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin...

CƏMİYYƏT

2020-07-07 16:10:31

CƏMİYYƏT
"Azərbaycan Ordusunun təlimləri düşmənin...
"Azərbaycan Ordusunun təlimləri düşmənin...

"Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox ...

2020-07-06 08:45:47

CƏMİYYƏT
Ellər unutmayıb o sənətkarı...
Ellər unutmayıb o sənətkarı...

H.Hüseynov 1927-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Or...

İQTİSADİ

2020-07-10 09:55:19

İQTİSADİ
Deputat: Azərbaycan pandemiyanın iqtisad...
Deputat: Azərbaycan pandemiyanın iqtisad...

Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və iqtisadiyyatın yaxında...

2020-07-06 08:00:56

İQTİSADİ
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...
"Azərbaycan beynəlxalq nəqliyyat-kommuni...

“Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hətta pandemiya ...