SİYASƏT
A- A A+

“International Policy Digest” nəşri erməni lobbi təşkilatının çirkin əməllərindən yazıb

2017-11-13 09:00:11

.

ABŞ-ın "International Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin (AEMK) qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları komitəsi ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc edilib.

Məqalə müəllifi Noa Ross yazır ki, AEMK "ən böyük və olduqca təsirli siyasi təşkilatlardan" biri kimi təkcə Vaşinqtonun siyasi dairələrinə təsir göstərmir, həm də tamamilə təbiidir ki, ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə təhlükə yaradaraq ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərir.

Müəllif qeyd edir ki, təşkilatın idarə heyəti sıralarında təzyiq göstərmək, silahlı hücum və terrorizm üstündə məhkum edilmiş şəxslər var. AEMK-in bu cür məşhur liderlərindən biri Murad Topalyandır. AEMK-nın press-relizlərinə və digər erməni saytlarının məlumatına görə, M.Topalyan ABŞ Konqresi üzvləri ilə görüşlərə cəlb edilib. O, Kapitoli təpəsində AEMK-nin qərb qanadının nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə, şübhəsiz, mühüm rol oynayıb.

Yekun ittiham aktında federal hökumət orqanları M.Topalyanı ABŞ ərazisində ən azı dörd terror hadisəsi ilə - 1980-ci il oktyabrın 12-də BMT-nin qərargahı ərazisində bombadan istifadə etməklə terror aktı, 1981-ci il iyunun 3-də Los-Ancelesdə Anahaym konfrans mərkəzində, 1981-ci il noyabrın 20-də isə Beverli-Hillzdə Türkiyə konsulluğunun binasında partlayış törətməklə və nəhayət, 1982-ci il oktyabrın 22-də Türkiyənin Filadelfiyadakı fəxri konsuluna sui-qəsdlə əlaqələndirib.

2000-ci ildə AEMK məhkum edilmiş Murad Topalyana "erməni məsələsinin təbliği işində sadiqliyinə" görə "Azadlıq uğrunda mükafat" verib, onu "erməni tarixinin və erməni xalqı məsələsinin təbliğində liderliyin unikal brendi" kimi mədh edib.

Müəllif yazır ki, Amerika Erməni Milli Komitəsinin fəaliyyəti, həmçinin etnik ermənilərin rəhbərlik etdiyi bir neçə əcnəbi media-təşkilatı tərəfindən dəstəklənir. Bu media təşkilatları erməni maraqlarını güdməklə təhlükəsizlik sahəsində, məsələn, Ermənistanın adını 2000-ci illərin əvvəlində Corc Buş Administrasiyası yanında ABŞ Milli Təhlükəsizlik Nazirliyinin təhlükəli ölkələr siyahısından çıxarmaqla, silah alverinə, o cümlədən üçüncü ölkəyə qeyri-qanuni silah satmasına (belə ki, bu silahın İraqda terrorçu qruplara verilib və onlar bu silahlardan 2000-ci illərin sonunda ABŞ əsgərlərini öldürərkən istifadə ediblər) görə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin qarşısını almaqla Birləşmiş Ştatların milli maraqlarını pozmaq üçün işləyirlər. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 132

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...