QHT və MEDİA
A- A A+

Azərbaycanda eradan əvvəl VI-IV əsrlərə aid abidə aşkarlandı

2017-11-13 08:30:35

.

Şabranda Aygünlü kəndi ərazisində yerləşən Çaqqallıqtəpə abidələr kompleksinə daxil Çaqqallıqtəpə I yaşayış yerində aparılan qazıntılar zamanı 4, 5 və 6-cı kvadratlardan maraqlı arxeoloji məlumatlar əldə olunub. Factinfo.az xəbər verir ki, bu barədə "Trend"ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirilib.

Məlumata görə, tədqiqat kvadratlarının təbəqələrində çiy kərpicdən inşa edilmiş dördkünc, dairəvi və yarımqazma tipli tikililər aşkar edilərək təbii torpaq örtüyündən təmizlənib. Tikililərin bəzilərinin mərkəzində manqal, təsərrüfat quyuları, bir və ya iki qulplu küpələrin qalıqları, bir neçə yerdə daxilində çoxsaylı çaxmaq daşı parçaları olan dairəvi oyuqlar, dairəvi ocaq yerləri müəyyən edilib. Tədqiqatlar nəticəsində əldə olunmuş arxeoloji materiallar içərisində çoxsaylı sümük məmulatları da diqqəti cəlb edir. Onların əksər qismi toxuculuqda istifadə olunmuş iynə, biz, iy başlıqlarından ibarətdir.

Aşkar edilmiş keramika məmulatı içərisində klassik Kür-Araz mədəniyyəti nümunələri ilə yanaşı, Azərbaycanın şimal-şərq bölgələri və Dağıstan ərazisi üçün xarakterik olanları da vardır. Abidədən aşkar edilən keramika məmulatlarının bəzi nümunələrinin arxaik - xalkolit (eneolit) dövrünə aid olduğu ehtimal edilir. Çaqqallıqtəpə abidələrinin daş, sümük, saxsı məmulatı Qafqazın şimal-şərq bölgəsinin ilk tunc dövrü abidələri üçün xarakterikdir.

Ekspedisiyanın ikinci tədqiqat obyekti Gəndov kəndi ərazisində Leyti kəndinə gedən torpaq yolun üstündə Samur-Abşeron kanalının sağ tərəfində, dəniz səviyyəsindən 115 m yüksəklikdə yerləşən Almastəpə abidəsi olub. Abidənin əkin sahəsinə tərəf olan hissəsi təsərrüfat işləri ilə əlaqədar dağıdılıb və divar qalıqlarının arasında güclü yanmış qatın göründüyü yarğan əmələ gəlib. Bu hissədə qazıntı sahəsində iki tikinti qatının olduğu müəyyən edilib. Birinci təbəqədə azsaylı arxeoloji materiallar qarışıq şəkildədir.

İkinci təbəqədə isə çoxsaylı sapand daşları, içərisində müxtəlif həcmli və formalı saxsı məmulat olan evin qalıqları aşkar edilib. Müşahidə göstərir ki, abidənin bu hissəsi güclü hücumdan sonra yanıb və sakinlər heç bir əşya götürmədən evi tərk ediblər.

İlkin olaraq toplanmış yerüstü materialların təhlili və qazıntı materiallarına əsaslanaraq Almastəpə abidəsini antik dövrə (təqribən e.ə.VI-IV əsrlərə) aid etmək mümkündür.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 278

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...