QHT və MEDİA
A- A A+

Yaralı əsgər müalicə olunmaq üçün Türkiyəyə göndəriləcək!

2017-11-11 20:35:15

.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, ön xətdəki hərbi hissələrdən birində xidmət edən sıravi əsgər Rüstəm Quluzadə 2017-ci il fevralın 25-də cəbhə bölgəsində düşmənin hücumunun qarşısını almaq istəyərkən ağır yaralanıb. Onu Respublika Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına yerləşdiriblər.Həkimlərin ciddi səyləri nəticəsində olduqca ağır vəziyyətdə olan yaralı əsgər həyata qaytarılıb. Rüstəmin valideynlərinin söylədiyinə görə onun tam müalicəsi Türkiyənin Gülhanə Tibb Akademiyasında mümkündür.

Noyabrın 9-da “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu, Birliyin Göyçay, Ağdaş, Zərdab, Ucar və Ağsu rayonları üzrə Departamentinin rəhbəri Rauf Mirzəyev, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov və “xebertv. az”İnternet Portalının əməkdaşları-Şamilə Şamilqızı və Bəşir Əlimədətov yaralı əsgərə baş çəkdilər. Əsgər R.Quluzadənin atası Zakir bəy dedi:

-Ağxalatlı tibb işçiləri oğlumun müalicəsi üçün əllərindən gələni əsirgəmədilər.Onlar oğlumu ölümün pəncəsindən xilas etdilər. Rüstəm müalicə alsa da, əlləri işləmir. 9 aydır anası oğluna yataq xəstəsi, əlsiz-qolsuz insan kimi qulluq edir.Çox istərdik ki, Rüstəmin bundan sonrakı müalicəsi Türkiyənin Gülhanə Tibb Akademiyasında davam etdirilsin.

Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri Ədalət Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Birliyin Departament rəhbərinin müavini Rauf Mirzəyev Müdafiə Nazirliyindəki aidiyyəti orqanların rəhbərləri, habelə, Mərkəzi Klinik Hospitalın həkimlərilə əlaqə saxladılar. Məlum oldu ki, yaralı əsgərin müalicəsinin Türkiyədə davam etdirilməsi üçün hazırlıq görülür.

Sıravi əsgər R.Quluzadənin valideynləri diqqət və qayğıya görə Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, Respublikanın Müdafiə Naziri, General-polkovnik cənab Zakir Həsənov, Nazirliyin Tibb İdarəsinin rəisi, General-mayor cənab Natiq Əliyev, Mərkəzi Klinik Hospitalın rəisi, t.x.polkovniki Tofiq Tağıyev, Tibb xidməti rəisi,t.x.polkovniki Vüqar Mürsəlov, t.x.polkovniki Mütəllim Həsənov, baş cərrah Anar Məmmədov, plastik cərrah Mahir Əliyev, travmotoloq Eldəniz Hacıyev, Şəmsəddin Rzayev və digər ağxalatlılara minnətdarlıqlarını bildirdilər.

Yeri gəlmişkən, yaralı əsgərin ağır vəziyyətindən xəbər tutub Hospitala baş çəkən hər bir şəxsə, xüsusən, Gədəbəy rayonundan olan tanınmış ziyalı,sabiq Millət Vəkili Nazim Bəydəmirliyə təşəkkür edirik.

Xatırladırıq ki, Rüstəm Quluzadə 1998-ci il yanvarın 1-də Gədəbəy rayonunun Şınıx qəsəbəsində anadan olub.2015-ci ildə Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə yollanıb.2017-ci il fevralın 25-də döyüş tapşırığını yerinə yetirərkən ürək nahiyəsindən və ayaqlarından ölümcül yaralanıb. Uzun müddətdir Respublika Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müalicə olunur. Rüstəmin böyük qardaşı da ön xətdəki hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçudur.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 759

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...