MƏDƏNİ
A- A A+

“Qarabağda xalçaçılığın müasir inkişaf potensialı”

2017-11-11 09:25:16

Layihə

“Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağda xalçaçılığın müasir inkişaf potensialı” layihəsi çərçivəsində 08 noyabr 2017-ci il tarixində Tərtər rayonunun Qapanlı, Qaradağlar, Bəyimsarov kəndlərində və Tərtər şəhərində xalçaçılarla görüşlər keçirərək Tərtər rayonunda xalçaçılığın inkişafına dair sorğular keçirmişlər. İctimai Birliyin sədri, professor, sənətşünaslıq doktoru Röya xanım Tağıyevanın başçılıq etdiyi, Zahid Abbasov, Günel Əli, Rauf Umudovdan ibarət işçi qrup Tərtər rayonu İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla, Mədəniyyət və Turizm Nazirliyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Tərtər rayonu üzrə nümayəndəsi Gündüz Mürsəlovla və bölgədə yaşayan xalçaçılarla görüşmüşlər.

Hazırda Tərtər rayonunun Bəyimsarov kəndində yaşayan əslən Basarkeçər rayonunun Kəsəmən kəndindən olsa da Gəncədə dünyaya gəlmiş Bayram Quliyev vaxtilə toxuduğu Göyçə çeşniləri haqqında danışmış və onları böyük həvəslə yenidən toxumağa hazır olduğunu bildirmişdir. Şölə xanım Məmmədova isə anası Qumru Qoca qızı Məmmədovanın 11.01.1960-cı ildə toxuduğu “Malıbəyli” xalçasını göstərdi və bu sənəti anasından öyrənərək, Qarabağ xalça ənənələrini davam etdirdiyini bildirdi.

Bölgədə müxtəlif yaşda insanlar, xüsusən uşaqlar və gənclər arasında xalçaçılığa böyük həvəsin olduğu işçi qrupun sevincinə səbəb olmuş və yeni ideyaların yaranmasına əsas verdi. Layihənin yekununda “Azərbaycan xalçaçıları” İctimai Birliyi Qarabağ xalçaçılarının elektron bazasını və layihə haqqında kitabçanı geniş ictimaiyyətə təqdim edəcək, eyni zamanda layihənin davamı kimi, Cəbrayıl, Füzuli, Ağdam və Tərtər rayonlarında xalçaçılar arasında işlər davam edəcək.

“Azərbaycan xalçaçıları” İctimai Birliyi 2010-cu ildən Dövlət qeydiyyatına alınmış və fəaliyyət müddətində ölkədaxili və beynəlxalq tədbirlərdə fəal iştirakla yanaşı, onların bir çoxunun təşkilatçısı kimi də çıxış etməkdədir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 106

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...