QHT və MEDİA
A- A A+

Qarabağın işğal altındakı su mənbələri ilə bağlı məsələ beynəlxalq müzakirəyə çıxarılacaq

2017-11-11 09:15:33

.

Xəbər verdiyimiz kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və BAMF-ın əməkdaşları BMT Cenevrə ofisinin Sülh Həftəsi çərçivəsində təşkil olunan tədbirlərə qatılıblar. Tədbirlər çərçivəsində Umud Mirzəyev baş ofisi Cenevrədə yerləşən Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutunun (QSTSİ) baş direktoru Nidal Salimlə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi, regionda sülh və dayanıqlı inkişaf təşəbbüslərinin birgə dəstəklənməsi, müharibənin yaratdığı humanitar fəlakətlərin dünyaya çatdırılmasına dair müzakirələr aparılıb.

BAMF-ın prezidenti Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycanın bir sıra su hövzələrinin işğal altında qaldığını, eləcə də müharibə səbəbindən nəzarətsiz qalmış və işğal altında olan çayların, su hövzələrinin çirkləndirilməsinin, bu su hövzələrindən düzgün istifadə edilməməsinin beynəlxalq hüququn prinsip və normalarına zidd olduğunu qeyd edib. N.Salim Qafqazda baş verən münaqişələrin fəsadları ilə tanış olduğunu və Azərbaycan ərazilərinin işğalı nəticəsində su hövzələrinə vurulan mənfi təsirin qarşısının alınması üçün birgə fəaliyyəti yüksək dəyərləndirdiyini qeyd edib. O, 2018-ci ilin mart ayında BMT-nin Su Təşkilatı, qurumun digər agentlikləri tərəfindən Braziliyada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Su Forumunda dünya üzrə vətəndaş cəmiyyəti forumlarının fəaliyyətini koordinasiya etdiyini söyləyib. N.Salim forumun Dünya Su Konqresinə hazırlıq olduğunu bildirib və BAMF-ın humanitar fəaliyyətlərinin tədbir çərçivəsində işıqlandırılmasına hazır olduğunu qeyd edib. O, müharibə nəticəsində Azərbaycanın üzləşdiyi su problemlərinin beynəlxalq tədbirlər çərçivəsində birgə gündəmə gətirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunub.

BAMF prezidenti Umud Mirzəyev sülh və ətraf mühitin qorunması kimi məsələlərin daim diqqətdə saxlanılması məqsədilə Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutu ilə birgə sessiyaların, paralel tədbirlərin keçirilməsinin uğurlu nəticələrinə inandığını ifadə edib.

Sonda dünya su problemlərinin, su təhlükəsizliyi məsələlərinin araşdırılması və dünyaya çatdırılması, su ehtiyatlarından hər kəsin azad istifadə imkanlarının gücləndirilməsi məqsədilə hər iki təşkilat arasında BMT-nin Cenevrə ofisində qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən BAMF və QSTSİ Qafqazda, Orta Asiyada, Yaxın Şərq ölkələrində, Afrikada və postsovet məkanında su və təhlükəsizlik kimi məsələləri birgə tədqiq edərək müharibədən zərər çəkmiş şəxslərin sosial imkanlarının gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qlobal Su, Təhlükəsizlik və Sağlamlıq İnstitutu YUNESKO-nun Su Məsələləri üzrə İnstitutunun, Dünya Su Şurasının, Asiya Su Şurasının, Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının və İsveçrə Su Əməkdaşlığı Təşkilatının idarə heyətində təmsil olunur. Qurum BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvüdür.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 632

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...