İQTİSADİ
A- A A+

"Made in Azerbaijan" stendi beynəlxalq sərgidə

2017-11-10 22:45:18

.

Azərbaycan şərabları ilk dəfə "Made in Azerbaijan" vahid ölkə stendi ilə Çinin Honqkonq Xüsusi İnzibati Ərazisində keçirilən 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Asiya qitəsində müvafiq sahə üzrə ən böyük sərgi hesab olunan Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisinə bu il Azərbaycan da daxil olmaqla, 38 ölkədən 1070 iştirakçı qatılıb.

Noyabrın 9-da öz işinə başlamış sərgidə Azərbaycan AZPROMO, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, eləcə də şərab istehsalı və ixracı ilə məşğul olan 12 şirkətin nümayəndəsi ilə təmsil olunur. Noyabrın 11-dək davam edəcək sərginin keçirildiyi Honqkonq Beynəlxalq Sərgi və Konqres Mərkəzində Azərbaycan şərablarının təbliği məqsədilə müxtəlif plakatları asılıb.

Azərbaycan şərabları, şampanlar, meyvə və otlardan hazırlanmış spirtli içkilər xüsusi dizaynda hazırlanmış, 126 kvadratmetrlik "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunur. Pavilyonumuzda rəqabətqabiliyyətli və ixracyönümlü Azərbaycan şərabları nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, istehsal olunan təbii və keyfiyyətli məhsullar barədə məlumat verilir, çap materialları təqdim edilir. Azərbaycan şərabları sərginin təşkilat komitəsinin üzvləri, ziyarətçilər, alıcılar və media nümayəndələri tərəfindən maraqla qarşılanır.

Sərginin açılış mərasimindəki çıxışlarında Honqkonq Ticarət və İnkişaf Şurasının və Sərgi Mərkəzinin rəhbəri Marqaret Fonq Azərbaycanın ilk dəfə olaraq bu sərgidə vahid ölkə stendi ilə təmsil olunduğunu vurğulayıb, AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev isə yerli məhsullarımız və stendimiz barədə məlumat verib. Sonra iştirakçı ölkələrin nümayəndə heyətləri Azərbaycanın vahid ölkə stendi ilə tanış olub, stendimizə şərab alıcılarının xüsusi turu təşkil edilib. Açılış mərasimi çərçivəsində keçirilmiş müsabiqənin qaliblərinə hədiyyə olaraq Azərbaycan şərabları da təqdim edilib.

Sərgi çərçivəsində Azərbaycan iş adamları potensial müştərilərlə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olublar. Bundan başqa, sərgidə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri yerli bazarı araşdırmaq məqsədi ilə müxtəlif marketlərdə olublar.

Qeyd edək ki, Azərbaycan məhsullarının təqdim olunduğu sayca 5-ci vahid ölkə stendi Azərbaycan prezidentinin "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi ilə bağlı fərmanına uyğun olaraq təşkil edilib. Vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 146

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...