QHT və MEDİA
A- A A+

Ermənilər Dağlıq Qarabağla bağlı müzakirələri pozmağa cəhd ediblər

2017-11-09 11:25:50

NATO Parlament Assambleyasının (PA) Sloveniyada keçirilən 96-cı “Rose Roth” seminarında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması məsələsi müzakirə olunub

Seminarda Azərbaycanı təmsil edən Milli Məclisin nümayəndə heyətinin rəhbəri, deputat Məlahət İbrahimqızı bildirib ki, “Qərbi Balkanlarda keçmiş yanlışlıqlar, mövcud çağırışlar və gələcək cəhdlər” adlı toplantıda Azərbaycanın Ermənistan tərəfindən 25 ildən çoxdur işğala məruz qalması, bir milyondan çox qaçqın və köçkünün taleyi, maddi-mənəvi abidələrin ermənilər tərəfindən dağıdılması məsələsi qaldırılıb.

M. İbrahimqızı məruzə təqdim edərək bildirib ki, dəfələrlə BMT Təhlükəsizlik Şurası da daxil bir sıra beynəlxalq təşkilatlarda bu məsələ qaldırılsa da, Ermənistana faktiki olaraq heç bir real təsir göstərilməyib: “Artıq biz həmin beynəlxalq təşkilatların laqeydliyini görüb etirazımızı bildiririk. BMT Baş Assambleyasının sessiyasında da Azərbaycan prezidenti bunu açıq formada bildirdi. Bizə qarşı açıq ikili standartlar, Ermənistanın işğal faktına laqeydlik göstərilir”. Deputat Kataloniya məsələsinə toxunaraq qeyd edib ki, Dağlıq Qarabağ separatçıları tərəfindən qanunsuz seçkilər keçirilir: “Azərbaycan 25 ildən çoxdur separatçılıqdan əziyyət çəkir. Ölkəmizin buna görə bir milyondan çox qaçqın və köçkünü var”.

Deputatın çıxışının ardınca Ermənistan nümayəndə heyətinin üzvü Karhun Nahaetyan seminar moderatorlarından mövzunu dəyişməyi tələb edib, Azərbaycanın işğala məruz qalması ilə bağlı müzakirələri pozmağa cəhd edib. Lakin onun səyləri nəticə verməyib.

Seminarın aparıcısı, NATO PA təmsilçisi Matej Tonine Azərbaycan nümayəndə heyətinin iradından sonra azərbaycanlı rəsmilərdən buna görə üzr istəyib, erməni deputatlara irad tutacaqlarını bildirib. NATO rəsmisi bu halı ikili standart kimi yox, Ermənistan nümayəndə heyətinin aqressiv reaksiyası kimi qəbul etməyi xahiş edib. (apa)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 174

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...