QHT və MEDİA
A- A A+

Erməni mətbuatı: Regionda Ermənistan adlı dövlət sanki yoxdur

2017-11-08 10:45:28

Ermənistan hakimiyyəti düşdüyü ağır iqtisadi və siyasi vəziyyətdən çıxış yolu axtarsa da tapa bilmir. Bu ölkənin mətbuatı isə hakimiyyəti məğlubiyyətini etiraf etməyə çağırır

Ermənistan mətbuatını nəzərdən keçirdikdə görürük ki, son vaxtlar regionda baş verən proseslər bu ölkədə diqqətlə izlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, bunun ardınca isə Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin formalaşması istiqamətində aparılan işlərin müzakirəsi Ermənistanda növbəti vahimə dalğasının yaranmasına səbəb olub.

“Armtimes” saytı yazır ki, regionda həyata keçirilən beynəlxalq xarakterli və səmərəli nəqliyyat layihələrində Ermənistanın iştirak edə bilməməsi problemin bir tərəfidir. Problemin digər tərəfi isə daha təhlükəlidir. Sayt çox düzgün olaraq qeyd edir ki, Yerevanın müəllifi olduğu İran-Ermənistan dəmir yolu və İran-Ermənistan avtomobil yollarının çəkilişi artıq tamamilə öz əhəmiyyətini itirib.

İran-Ermənistan dəmir yolunun çəkilişi ideyası birdəfəlik dəfn olundu. Çünki İran Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini əsas götürdü və bu dəhlizin onurğa sütununu təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna maliyyə ayırıb və işlərin 80 faizindən çoxu həyata keçirilib.

Avtomobil yoluna gəldikdə isə qeyd etməliyik ki, Ermənistanın bu layihəsi də Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə əhəmiyyətini itirib. Bu yolun çəkilişi üçün Ermənistan dövlət büdcəsindən 1 milyard dollar ayrılıb. Uzunluğu 500 kilometr olan yol Ermənistanın cənubu ilə şimalını, yəni, İranla sərhəddə yerləşən Meğri şəhəri ilə Gürcüstanın Poti limanını birləşdirməli idi.

Bu yolun inşasına 2011-ci ildə başlanılıb və ötən 6 ildə sadəcə olaraq 50 kilometri çəkilib. Ermənistan üçün yolun strateji mahiyyəti ondan ibarət idi ki, rəsmi Yerevan bu yolla “Şimal-Cənub” dəhlizinə qoşulmağı və Asiya ölkələrindən İrana daxil olan yüklərin bu yolla Gürcüstanın Poti limanına, oradan isə Avropaya daşınmasına nail olmağa çalışırdı.

Bundan başqa, Ermənistan gələcəkdə Meğri-Poti yolunu Rusiyaya qədər uzatmağı və yüklərin əks istiqamətə - Rusiya-Gürcüstan-Ermənistan-İran istiqamətində daşınmasına nail olmağı və ikiqat tranzit gəlir götürməyi planlaşdırırdı. Lakin Rəşt-Astara dəmir yolu İranın Ermənistana avtomobil yolu çəkib onu Meğri-Poti magistralına birləşdirmək marağını itirdi. Bakı-Tbilisi-Qars dəmir yolu isə Gürcüstanın adıçəkilən magistrala diqqət ayırmamasına səbəb oldu. Aydın olur ki, Ermənistanın Meğri-Poti avtomobil yolunu yekunlaşdırması böyük sual altındadır. Yekunlaşdırsa belə bu yolla yalnız Ermənistanın cənub rayonlarının əhalisinin şimal rayonlarına gedişini təmin etmək olar.

Beləliklə, Ermənistanın layihələri nəinki kağız üzərində qaldı, eyni zamanda, avtomobil yoluna yatırılan sərmayəsi də puç oldu. “Armtimes” saytı yazır ki, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında əməkdaşlıq əlaqələri mövcuddur və beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirilir. Ermənistan isə heç bir formatda yoxdur. Çünki Ermənistan regionda müstəqil siyasət apara bilmir. Regionda Ermənistan adlı dövlət sanki yoxdur.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 331

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...