MÜSAHİBƏ
A- A A+

Nuru Bayramov: “ Bu gün “az yeyib çox gəzmək” artıq müalicə üsuludur”

2017-11-07 22:20:18

Fact-info.az saytının suallarını Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov cavablandırır

-Nuru müəllim, bu gün dünyada həmçinin Azərbaycanda bir sıra xəstəliklər o cümlədən qaraciyər xəstəlikləri artmaqdadır. Bunun səbəbi nədir?

-Əvvəllər qaraciyərin xəstəliklərinə az rast gəlinirdi, əsasən virus mənşəli xəstəliklər müşahidə edilirdi. Bu gün isə qaraciyər xəstəlikləri xeyli artıb. Hazırda dünyada insanların müayinəsi zamanı onların 30-40 faizində qaraciyər xəstəliyinə rast gəlmək olur. Bunların da böyük hissəsini qaraciyər piylənməsi təşkil edir. Qaraciyər piylənməsinin isə çox yayılmasının bir neçə səbəbi var. Bunun səbəblərindən biri qidaların təmiz olmaması, ikinci səbəb ekoloji çirklənmə, üçüncü səbəb az hərəkətlilikdir. Azhərəkətlilik faktoru dünyada xəstəlik yaradan ən ciddi səbəblərindən biridir. Xüsusilə, oturaq işlə məşğul olmaq, uzun müddət kompüter arxasında əyləşib çalışmaq, qəbul edilən yağların qidaların belə demək mümkündürsə xərclənməməsi ciddi fəsadlar yaradır. Qidalanma zamanı qəbul edilən bir sıra qidalar kimi, yağlar da əgər xərclənmirsə, orqanizmdə toplanır və bir çox fəsadlar verir. Qeyd etmək lazımdır ki, piylənmə vücuddakı bütün orqanlara mənfi təsir göstərir və ağır xəstəliklərə səbəb olur. Xüsusilə, damarların sərtləşməsinə, şəkər və təzyiqin artmasına, qaraciyərin piylənməsinə, sinir və endokrin xəstəliklərə, oynaq və onurğa zədələnmələrinə gətirib çıxarır. Ona görə də piylənmə hazırkı dövrdə böyük epidemiya hesab edilir və bütün inkişaf etmiş ölkələrdə piylənməyə qarşı mübarizə tədbirləri həyata keçirilir. Piylənmə xəstəliyinin bir hissəsi kimi qaraciyər piylənməsi artıq ciddi xəstəlik sayılır və vaxtında müalicə olunmazsa sirroza gətirib çıxara bilir.

-Bu xəstəliklərin Azərbaycanda müalicəsi necə aparılır?

- Əvvəllər piylənmə xəztəliyi ilə əsasən endokrinoloqlar və kardioloqlar məşğul idi. Hazırda isə əksər mütəxəssilər piylənmə xəstəliyi ilə mübarizəyə qoşulublar, çünki, dediyimiz kimi piylənmə bütün orqanlara təsir göstərir. Son illər dünyada piylənmənin müalicəsi istiqamətində xeyli irəliləyişlər var. Sadə müalicə dediyimiz effektli müalicə üsulları var. Sadə müalicənin əsasını “az yeyib çox gəzmək” təşkil edir. Əvvəllər insanlara biz bunu tövsiyə kimi deyirdik. Bu gün “az yeyib çox gəzmək” artıq müalicə üsuludur. Bu çox ciddi həyat tərzinə çevrilən müalicə üsuludur. Qaraciyər piylənməsinin 80 faizini hərəkət və diyetlə, 10 faizi dərmanlarla, qalan 10 faizini isə cərrahi müdaxilələrlə müalicə etmək mümkün olur. Azərbaycanda bu xəstəlilərin tam müalicəsi üçün yetərincə şərait və kadrlar var.

-Bu gün çox yayılan əsəb-stress qaraciyərə təsir göstərirmi?

-Əsəb birbaşa olmasa da qaraciyərə təsir göstərir. Stress piylənməyə, depressiyaya təkan verir. Bu da qaraciyərin zədələnməsinə gətirib çıxarır.

-Nuru müəllim necə düşünürsünüz tibbi maarifləndirməni genişləndirmək üçün bu gün nə zəruridir?

-Tibbi maarifləndirmə işi çox ciddi məsələdir. Hər bir tibb mütəxəssisi bu işə öz töhfəsini verməlidir. Cəmiyyətdə maarifçilik işi geniş yayılmalıdır. Mənim qənaətimcə, mətbuat, telekanallar, internet resursları bu məlumatlandırma işində fəallıq göstərməlidir. Klassik üsullardan yararlanmaq olar. Orta və ali məktəblərdə tibbi maarifçilik işi genişlənməlidir.

-İnsanlar müalicə məqsədi bəzən xaricə üz tuturlar. Azərbaycanda həmin şəxslərin müalicəsini təmin etmək çətindir, yoxsa başqa səbəblər var? - Ancaq mən onu deyə bilərəm ki, Azərbaycanda bu gün səhiyyənin bütün sahələrini əhatə edən peşəkar kadrlar yetişib. Ən müasir tibb avadanlıqları var. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bütün xəstəlikləri müalicə etməyə geniş imkanlar var. Xaricdə təhsil alan və təcrübə keçən, ölkəmizdə yetişən mütəxəsislərimiz bu klinikalarımızda çalışır. Ona görə də çox az xəstəliklərə görə, xaricə müalicəyə getmək olar.

-Sonda dərmanların bəzən keyfiyyətsizliyindən insanlar narazılıq edirlər. Buna münasibətiniz necədir?

-Mən hər zaman tələbələrimə də deyirəm. Rəsmi kanallarla gətirilən dərmanlara üstünlük vermək lazımdır. İstehsalı və idaxalı şübhə doğuran dərmanlardan uzaq olmaq lazımdır. Bu gün həkim az və keyfiyyətli dərmanı xəstələrə yazmalıdır.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 720

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...