SOSİAL
A- A A+

Göyçayda ənənəvi nar bayramı keçirildi

2017-11-07 09:15:09

Azərbaycanın dilbər guşələrindən olan Göyçay şəhərində ənənəvi nar festivalı keçirildi

Festivalda ölkəmizin tanınmış ziyalıları, elm xadimləri, zəhmətkeş insanlarla yanaşı xarici ölkə vətəndaşları, diplomatik korpusun nümayəndələri də iştirak edirdi.

Şəhərin küçə və meydanları bayramsayağı bəzədilmişdi.Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə açdı.O, 12-ci dəfə təşkil edilən bayram şənliyinin rayon zəhmətkeşlərinin həyatına müsbət təsirindən danışdı. Qeyd etdi ki, "Gülöyşə", "Şıxbaba", "Vələs"kimi növlərilə məşhur olar Göyçay narı və ondan alınan şirələr nəinki MDB məkanında, hətta, onun hüdudlarından kənarda da sevilir.

“AzGranata” Zavodunun direktoru, 12-ci Nar festivalının sponsoru Fərhad Əhmədov şəhərin mərkəzində ucaldılmış Nar abidəsinin açılışını bildirən lenti kəsdi. ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekuta, Respublika Milli Onkoloji Mərkəzinin baş həkimi, Tibb üzrə Fəlsəfə doktoru Azad Kərimli və başqaları bu əlamətdar gün münasibətilə rayon sakinlərini təbrik etdilər.

Biz, şəhərin küçə və meydanlarında təşkil olunan sərgiyə baxdıq. Göyçay şəhər 3 saylı tam orta məktəbinin hazırladığı Nar simvolu, habelə, Göyçay İdarəetmə Texnologiya Kolleci tələbələrinin əl işləri diqqətimizi daha çox cəlb etdi. Kollecin tələbələrinin hazırladığı və Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə, Türkiyə-Azərbaycan dostluğuna, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, habelə, 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr edilən sərgi ilə tanış olduq. Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru, Respublikanın Əməkdar müəllimi Xəlil Orucov dedi: -Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində aparılan quruculuq işləri Göyçay rayonunda da uğurla davam etdirilir.Əminik ki, ölkə ərazisində olan ictimai sabitlik, əmin-amanlıq iqtisadiyyatın daha da inkişaf etməsinə gətirib çıxaracaq.Biz, Nar festivalında Kollec tələbələrinin əl işlərini nümayiş etdiririk. Çox şadam ki, mən özüm də 12-ci dəfə keçirilən Nar bayramının iştirakçısıyam.

Fazil Mustafa, Milli Məclisin deputatı: -Göyçayda keçirilən Nar bayramı münasibətilə bütün rayon zəhmətkeşlərini təbrik edirəm. Hacı Ədalət Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili: -Nar bayramına rayon İcra Hakimiyyətinin Başçısı cənab Mehdi Səlimzadənin dəvətilə qatılmışam.Sevinirəm ki, rayon zəhmətkeşlərinə öz məhsullarını tanıtmaq və satışını təşkil etmək üçün çox gözəl imkan yaranmışdır.

Rauf Mirzəyev, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi Göyçay, Ağdaş, Ağsu, Zərdab və Ucar rayonları üzrə Departamentinin məsul əməkdaşı: -Diqqətlə fikir verdinizsə, insanların üzündə sevinc var. Göyçayda əsl bayram əhval-ruhiyyəsi hökm sürür.Təbii ki, göyçaylı olaraq, mən də sevinirəm.

Göyçayda olduğumuz bir neçə saat ərzində musiqi sədaları altında insanların axın-axın bayram tədbiri keçirilən ərazini ziyarət etməsinə şahid olduq. Bayramınız mübarək olsun, əziz göyçaylılar!

Şamil Sabiroğlu,

Şamilə Şamilqızı,

"Fact-info.az" və "xebertv.az" İnternet Portallarının xüsusi müxbirləri.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 414

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...