2017-11-06 09:05:56 | MƏDƏNİYYƏT
Xarici dilə tərcümə olunmuş “Xəmsə”nin təqdimatı keçirilib

.

Ə.Nəvai adına Özbəkistan Milli Kitabxanasında Özbəkıstanlı şair- tərcüməçi Olimcan Buriyevin Özbək dilinə tərcümə olunmuş “Xəmsə” əsərinin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Özbəkistandakı Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Daşkənddəki "İstiqlol nuri" nəşriyyatında çap edilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi akademik Aziz Kayumovdur.

Təqdimat mərasimi Daşkənddəki Heydər Əyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan Milli Kitabxanasında keçirilən “Kitabxana-informasiya həftəsi” çərçivəsində təşkil edilib. Tədbirdə tanınmış Nizamişünas alimlər, elm-ədəbiyyat xadimləri, tələbələr, jurnalistlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Əlişer Abduəzizov Azərbaycan torpağının yetişdirdiyi və bəşər mədəniyyətinə, ədəbiyyatını öz əsərləri ilə zinətləndirən, Şərqin ən böyük mütəfəkkiri Nizami Gəncəvinin irsinin dünya miqyasında tanıdılması və təbliğinin vacib olduğunu qeyd edib. O, Özbəkistan tarixində ilk dəfə olaraq Nizami Gəncəvinin əsərlərinin bötüövlükdə Özbək dilinə tərcümə olunduğunu və bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Natiq, Nizami Gəncəvi xatirəsinin Özbəkistanda da əbədiləşdirildiyini, Daşkənd Dövlət Pedaqoji Universitetinin dahi şairin adını daşıdığını və 2004-cü ildə Daşkənddə Nizami Gəncəvinin büstünün açılışı olduğunu qeyd edib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru

Samir Abbasov Nizami Gəncəvinin yaradıcılığı haqqında danışaraq onun təkrarsız incilər yaratdığını və şairin yaradıcılığına Özbəkistanda da böyük maraq olduğunu vurğuladı. Diplomat Nizaminin yaratdığı beş əsərin “Xəmsə”nin dünya ədəbiyyatının inciləri sırasına daxil olduğunu qeyd edərək Nizami irsinin təbliği məqsədi ilə rəhbərlik etdiyi Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən işlərdən danışıb. Samir Abbasov dahi şairin yubiley tarixlərinin Azərbaycanda geniş qeyd olunduğunu vurğuladı. O, çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nizami Gəncəvi haqqında söylədiyi fikirlərdən sitat gətirərək deyib: “Nizami elə böyükbir şəxsiyyət, elə böyük dahidir ki, onun doğum gününü on ildən, beş ildən bir deyil, hər il qeyd etmək zəruridir”.

Çıxış edən digər alimlər şair Abduləziz Mansur, Daşkənd İqtisadiyyat və Diplomatiya Universitetinin professoru Raxmon Fərman, Özbəkistanın Turan Akademiyasının həqiqi üzvü, yazıçı Maxkam Maxmudov, tarixçi Nemat Xasan, şair Nurulla Sultan Türk dünyası məmləkətlərindən biri olan Azərbaycanın zəngin ədəbiyyatının digər xalqların ədəbiyyatının formalaşmasına öz təsirini göstərdiyini, Özbək ədəbiyyatının tanınmış nümayəndəsi Əlişer Nəvaiyə Nizami Gəncəvi yaradıcılığının təsir etdiyini və onun türk dilində “Xəmsə” yaratdığını qeyd etdilər. Onlar Nəvainin Nizamiyə öz ustadı kimi baxdığını və bunun iki xalq arasında dostluq əlaqələrinin yaranması tarixi kimi dəyərləndiriblər.

Təqdimat mərasimində çıxış edən şair- tərcüməçi Olimcan Buriyev kitabın çapına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan dövlətinə öz minnətdarlığını bildirib və söz, sənət beşiyi olan qədim Arran eli - Azərbaycanın nəhəng ustadlar yetişdirdiyini, onlardan öz yaradıcılığı ilə ən parlaq səhifə yaradan Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb.

Daha sonra gənclər arasında Nizami yaradıcılığına dair viktorina keçirildi, qaliblərə Xəmsə kitabı hədiyyə edilib. Sonda Nizami yaradıcılığına dair sənədli film nümayiş etdirilib.(Trend)

Baxış sayı : 1048
Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08