CƏMİYYƏT
A- A A+

Azərbaycan səfirinin müsahibəsi xarici mediada dərc edilib

2017-11-05 15:40:14

Qətərin ərəb dilli “Raya” və “Lusail” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayevin Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ilə əlaqədar müsahibəsi dərc edilib

Diplomat müsahibəsində Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Özbəkistan və Qazaxıstanın Baş nazirlərinin, eləcə də Türkmənistan və Tacikistan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunmuş təntənəli mərasimdən bəhs edib, bu layihənin strateji əhəmiyyətə malik olduğunu və tarixi İpək Yolunun bərpasında mühüm rol oynayacağı vurğulayıb.

Müsahibədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimindəki çıxışına istinad edilərək, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğu bildirilib. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən bu xəttin işə düşməsi nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi ilə yanaşı, qarşılıqlı sərmayə qoyuluşunun artacağı qeyd edilib. Həmçinin yoldan istifadə edən bütün ölkələr arasında əməkdaşlığın dərinləşəcəyi, onun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyi diqqətə çatdırılıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışının və bu nəqliyyat dəhlizinin hazırda inşası davam etdirilən, Hindistanı, Pakistanı, Körfəz ölkələrini və İranı Azərbaycan vasitəsilə Rusiya və Şərqi Avropa ilə birləşdirəcək Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri ilə inteqrasiyasının gələcəkdə Azərbaycan və Körfəz dövlətləri, o cümlədən Qətər arasında əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradacağı qeyd edilib. Bu nəqliyyat dəhlizlərinin fəaliyyətə başlamasının bütün region dövlətləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına gətirib çıxaracağı, təkcə iqtisadi sahədə deyil, siyasi sabitliyin yaranması və rifah halının yüksəlməsinə də töhfə verəcəyi bildirilib.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 369

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...