SOSİAL
A- A A+

Partiyanın 25 illik yubileyi münasibətilə "Kempo" döyüş idman növü üzrə respublika turniri keçirilib

2017-11-04 22:20:11

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Pirallahı rayonunda "Kempo" döyüş idman növü üzrə respublika turniri keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Respublikası "Kempo" Federasiyasının birgə təşkilaçılığı ilə keçirilən turnirə respublikanın bir çox bölgələrindən 108 idmançı qatılıb. Naxçıvan, Neftçala, Pirallahı, Sumqayıt, "Toğrul", " Xəzər adaları", İsmayıllı və digər klubları təmsil edən idmançılar müxtəlif yaş qruplarında öz güclərini sınamışlar. Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, RİH-in şöbə müdiri Hikmət Şikarov Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın oynadığı mühüm roldan danışıb.

Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan Hikmət Şikarov Azərbaycan idmançılarının Olimpiya, Avropa və Dünya çempionatlarındakı parlaq qələbələrindən söhbət açıb. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. O deyib: “Pirallahı rayonunda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərə sağlam həyat tərzinin aşılanması, gənclərin problemlərinin həllinə dəstək, istedadlı gənclərin aşkar olunmasına şərait yaradır. Müxtəlif yarışlar və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirilir”.

"Kempo" Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının əməkdar məşqçisi Rauf İbrahimov öz çıxışında idmançılara uğurlar arzuladı. Döyüşlərarası fasilədə incəsənət nümayəndələrinin, xüsusilə, "Şirvan" folklor qrupunun çıxışı turnirə xüsusi maraq qatdı. Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və "Kempo" Federasiyasının fəxri fərman, kubok və medalları təqdim olundu.

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 1358

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...