SOSİAL
A- A A+

"Azərbaycanın muğam fəlsəfəsi"

2017-11-04 09:45:25

.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində Abşeron Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin rayon ictimaiyyəti ilə görüşü keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, əməkdar mədəniyyət işçisi İlham Manafov tədbiri giriş sözü ilə açaraq, qonaqları görüş iştirakçılarına təqdim edib. Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru Teyyubə Hüseynova Fondla Abşeron Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair imzalanan Niyyət Protokoluna əsasən keçirilən silsilə tədbirlərdən, onların mahiyyətindən danışıb. Sonra şərqşünas alim K.Bünyadzadə "Azərbaycanın muğam fəlsəfəsi" mövzusunda mühazirə söyləyərək xalqımızın qədim tarixi köklərə əsaslanan mədəni dəyərlərə malik olduğunu deyib.

K.Bünyadzadə bildirib ki, əsasən incəsənət nümunəsi kimi təqdim olunan muğam özündə tarix, dil, din, adət-ənənə, mədəniyyət, ədəbiyyat sahələrini birləşdirir. Çoxəsrlik tarixə malik Azərbaycan muğamının Şərqin intibahı dövründən təşəkkül tapdığını deyən natiq əsrarəngiz sənət nümunəsini əsrlərdən süzülüb gələn mənəvi sərvət və çağdaş insanın sevərək dinlədiyi möcüzəvi sənət adlandırıb. Şərqşünas alim Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın muğamın qorunub saxlanması və təbliği istiqamətində çoxşaxəli fəaliyyətindən söz açıb. Qeyd edilib ki, bəşəriyyətin qeyri-maddi irsinə dair şah əsərlərin yer aldığı siyahıya daxil olan muğam sənətinin bugünkü şöhrəti məhz Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətinin nəticəsidir.

Rəsmi qurumların nümayəndələri və ziyalıların, incəsənət xadimləri və müəllimlərin, tələbə və şagirdlərin iştirak etdikləri tədbirin sonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təmsilçiləri olan muğam üçlüyü mahnılar ifa edib.

Beynəlxalq Müəllimlər Günü Bilik Fondunun Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə təşkil etdiyi səfər çərçivəsində həmin üçlüyün Novruz Aslanov adına kənd tam orta məktəbindəki çıxışı şagird və müəllim kollektivinin rəğbətini qazandığına görə istedadlı gənclər Fond tərəfindən təşəkkürnamələrə layiq görülüblər. Azərbaycan muğamının təşviqi və təbliğinə xidmət edən görüşdə təşəkkürnamələr ifaçılara təqdim olunub. Bununla yanaşı, Bilik Fondunun nümayəndəsi T.Hüseynovaya Fondun tədbirlərinin təşkilində fəal iştirakına görə təşəkkürnamə verilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 874

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...